Məhkəmə qərarları › İş №2(017)-395/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-395/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-395/2025 10.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Qiyamadınlı kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktlar yazmışdır. Həmin aktların yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktlarda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 231917 nömrəli akt, 258712 nömrəli akt, 276201 nömrəli akt, 289420 nömrəli akt, 310385 nömrəli akt, 314270 nömrəli akt, 329826 nömrəli akt və 347467 nömrəli aktlara əsasən hesablanmış cəmi 1647,42 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdir ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən tarixlərdə İddiaçı mənzilində elektrik sayğacından kənar elektrik xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmuşdur. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmış və nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktlar tərtib edilərək hesabat aparılmışdır. 1). xx.xx.2021-ci il tarixli R 231917 nömrəli akt üzrə: 0,8 kvt x 24 saat x 0,7 x 30 gün = 403,2 kvts Tarif (-300 kvts x 0,07 man = 21 manat Tarif (-103 kvts x 0,11 manat = 11,33 manat, cəmi 32,33 manat. 2).xx.xx.2022-ci il tarixli R 258712 nömrəli akt 0,3 kvt x 180 gün x 24 saat x 0,7 = 907 kvts Tarif (-907 kvts x 0,13 man = 117,91 manat. 3). xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt 0,66 kvt x 90 gün x 24 saat x 0,7=998 kvts Tarif (-600 kvts x 0,08 man = 48 manat Tarif (-300 kvts x 0,09 man = 27 manat Tarif (-98 kvts x 0,13 man = 12,74 manat, cəmi 87,74 manat 4). xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt 1,1 kvt x 60 gün x 24 saat x 0,7=1109 kvts Tarif (-1109 kvts x 0,13 man = 144,17 manat 5). xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt 0,7 kvt x 240 gün x 24 saat x 0,7=2822 kvts Tarif (-2822 kvts x 0,13 man = 366,86 manat 6). xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt 0,55 kvt x 60 gün x 24 saat x 0,7=554 kvst Tarif (-400 kvts x 0,08 man = 32 manat Tarif (-154 kvst x 0, 09 man = 13,86 manat, cəmi 45,86 manat 7). xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt 2,7 kvt x 180 gün x 24 saat x 0,7=1361 kvst Tarif (-200 kvts x 0,08 man = 16 manat Tarif (-100 kvst x 0,09 man = 9 manat Tarif (-1061 kvst x 0,13 man = 137,93 manat, cəmi 162,93 manat 8). xx.xx.2024-cü il tarixli 347467 nömrəli akt 3,5 kvt x 60 gün x 24 saat x 0,7=3528 kvst Tarif (-400 kvts x 0,08 man = 32 manat Tarif (-200 kvst x 0,09 man = 18 manat Tarif (-2928 kvst x 0,13 man = 380,64 manat, cəmi 430,64 manat Cəmi: 1388,44 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 11682 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı barəsində tərtib olunmuş aktlar mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktların ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 231917 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı ekran sındırılıb oxunmur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 258712 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 276201 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacdan gələn giriş xəttin zədələnib kənar xətdən istifadə edildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli 289420 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın giriş xəttini zədələyərək bir başa kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 310385 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın giriş xəttini zədələyərək bir başa kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 314270 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın giriş xəttini zədələyərək bir başa kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 329826 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacdan kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın giriş xəttin zədələndiyi əlavə naqil vasitəsi ilə kənar xətdən istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00288 olan İddiaçı Ağcabədi rayonunun Qiyamadınlı kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 231917 nömrəli akt üzrə 32,33 manat, 258712 nömrəli akt üzrə 117,91 manat, 276201 nömrəli akt üzrə 87,74 manat, 289420 nömrəli akt üzrə 144,17 manat, 310385 nömrəli akt üzrə 366,86 manat, 314270 nömrəli akt üzrə 45,86 manat, 329826 nömrəli akt üzrə 162,93 manat və 347467 nömrəli akt üzrə 430,64 manat olmaqla, cəmi 1388,44 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 231917 nömrəli akt, 258712 nömrəli akt, 276201 nömrəli akt, 289420 nömrəli akt, 310385 nömrəli akt, 314270 nömrəli akt, 329826 nömrəli akt və 347467 nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında iddiaçıya ümumilikdə 1388,44 manat məbləğində əlavə ödəniş hesablanmaqla müəssisəyə vurduğu ziyan kimi 11682 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00288 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 1-ci akt üzrə 30 gün, 2-ci akt üzrə isə 180 gün, 3-cü akt üzrə 90 gün, 4-cü akt üzrə 60 gün, 5-ci akt üzrə 240 gün, 6-cı akt üzrə 60 gün, 7-ci akt üzrə 180 gün və 8-ci akt üzrə 60 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 1-ci akt üzrə 30 gün, 2-ci akt üzrə isə 180 gün, 3-cü akt üzrə 90 gün, 4-cü akt üzrə 60 gün, 5-ci akt üzrə 240 gün, 6cı akt üzrə 60 gün, 7-ci akt üzrə 180 gün və 8-ci akt üzrə 60 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Ona görə də: xx.xx.2021-ci il tarixli R 231917 nömrəli akt üzrə 0,8 kvt x 24 saat x 0,7 x 30 gün = 403,2 kvts Tarif (-300 kvts x 0,07 man = 21 manat Tarif (-103 kvts x 0,11 manat = 11,33 manat, cəmi 32,33 manat. 2).xx.xx.2022-ci il tarixli R 258712 nömrəli akt üzrə 0,3 kvt x 30 gün x 24 saat x 0,7 = 151,2 kvts Tarif (-151,2 kvts x 0,13 man = 19,65 manat. 3). xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt üzrə 0,66 kvt x 30 gün x 24 saat x 0,7=332,64 kvts Tarif (-332,64 kvts x 0,13 man = 43,24 manat 4). xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt üzrə 1,1 kvt x 30 gün x 24 saat x 0,7=586,08 kvts Tarif (-586,08 kvts x 0,13 man = 76,19 manat 5). xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt üzrə 0,7 kvt x 30 gün x 24 saat x 0,7=352,8 kvts Tarif (-352,8 kvts x 0,13 man = 45,86 manat 6). xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt üzrə 0,55 kvt x 30 gün x 24 saat x 0,7=277,2 kvst Tarif (-277,2 kvst x 0,13 man = 36,03 manat 7). xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt üzrə 2,5 kvt x 30 gün x 12 saat x 0,7=630 kvst Tarif (-630 kvst x 0,13 man = 81,9 manat 8). xx.xx.2024-cü il tarixli 347467 nömrəli akt üzrə 2,5 kvt x 30 gün x 12 saat x 0,7=630 kvst Tarif (-630 kvst x 0,13 man = 81,9 manat olmaqla 8 akt üzrə ümumilikdə 417,10 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00288 olan abunəçiyə xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467nömrəli aktlara əsasən cəmi 417,10 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq səkkiz akt üzrə hesablanmış cəmi 1388,44 manatın 971,34 manat (1388,44 - 417,10) hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00288 olan abunəçiyə (İddiaçı) xx.xx.2021-ci il tarixli 231917 nömrəli akt, xx.xx.2022-ci il tarixli 258712 nömrəli akt, xx.xx.2022-ci il tarixli 276201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 289420 nömrəli akt, xx.xx.2023-cü il tarixli 310385 nömrəli akt, xx.xx.2023-cü il tarixli 314270 nömrəli akt, xx.xx.2024-cü il tarixli 329826 nömrəli akt və xx.xx.2024-cü il tarixli 347467 nömrəli aktlara əsasən hesablanmış cəmi 1388,44 manat sərfiyyatın 971,34 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar