Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-399/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, A 304219 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısının onlara və mərhum X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən ona və ailə üzvlərinə 947,69 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair mərhum əri X2 adına A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmiş, X18 kitabında uçota alınmışdır. A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahısında X9 əvəzinə X8, Ərizəçi1 əvəzinə X10, Ərizəçi2 əvəzinə X6 yazılaraq yanlışlığa yol verilmişdir. Bu da torpaq sahəsinin sənədləşdirilməsində bir sıra çətinliklər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahıdakı X8, X10 və X14 qeydinin onlara və mərhum əri X7 məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006cı il tarixli 02 nömrəli qərarına əsasən X3 Ağcabədi şəhəri ərazisindən 947,69 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair onun adına A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmişdir. İş materiallarında olan adlı siyahının surətindən görünür ki, qeyd edilən adlı siyahıda X8, X10 və X11 adları qeyd edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən və xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, nikaha daxil olduqdan sonra ona “Mamedova” soyadı verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və XV-jq 367009 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 759818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 0xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə aid A 304219 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında hüquq sahiblərindən X1 dəyişdirilərək X9, X5 dəyişdirilərək Ərizəçi1 kimi, X11 dəyişdirilərək Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən X3 947,69 kv.metr həyətyanı torpaq sahəsi verilməsi, A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında “X8, X10 və X14” qeydinin mərhum X9, Ərizəçi1 və Ərizəçi2 məxsus olması ərizəçilərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilə adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında “X8, X10 və X14” qeydinin mərhum X9, Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. A 304219 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında “X8, X10 və X14” qeydinin mərhum X9, Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-399/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-399/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver