Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-401/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,49 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 155 saylı, 60813038 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X1 Mamedova olmasına baxmayaraq, səhvən ərinin soyadı ilə, yəni Cəfərova kimi qeyd edilməsini, 1990-cı ilin oktyabr ayında X15 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmasını, lakin ailə qurduqdan sonra öz soyadını daşımasını, halbuki bütün sənədlərdə onun soyadı Mamedova kimi qeyd olunmasını, Dövlət Aktında onun soyadının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-155 saylı, 60813038 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 11 yanvar 1966-cı il tarixdə ünvan 1 ünvanda yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.49 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-155 saylı, 60813038 kod nömrəli Dövlət Aktı verilmişdir. X1 Mamedova olmasına baxmayaraq, səhvən ərinin soyadı ilə, yəni Cəfərova kimi qeyd edilmişdir. Ona məxsus bütün digər sənədlərdə onun soyadı Mamedova kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-155 saylı, 60813038 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 11 yanvar 1966-cı il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Ərizəçi arasında nikah 05 oktyabr 1990-cı il tarixdə 45 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın öz qızlıq soyadında, yəni Mamedova soyadında qalmışdır.) İş materiallarında olan JN-155 saylı, 60813038 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X6, X3, X7 və X8 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,49 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN- 155 saylı, 60813038 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Əsədova X11 şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş 1.49 hektar torpaq sahəsinə dair Dövlət Aktında Ərizəçi soyadı Mamedova əvəzinə səhvən Cəfərova kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X13, X4, X5 və X9 adlarına Ağcabədi rayonunun Mehrablı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 4.09 hehtar pay torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN-137 saylı, kod 60814028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstəriln Əminə Qədir qızı qeydinin Ərizəçi , X16, X10 və X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-401/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-401/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver