Məhkəmə qərarları › İş №2(017)-421/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-421/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-421/2023 11.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara, yəni X6, X2, X7 və X8 fərdi yaşayış evinin tikintisi məqsədilə ümumilikdə 0,27 ha torpaq sahəsinin verilməsini, bu barədə JN 199A saylı, 60800028 kodla Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsini, həmin şəhadətnamədə onun, yəni Ərizəçi adı Qasım olmasına baxmayaraq, səhvən Rasım kimi göstərilməsini, halbuki bütün sənədlərdə, onun adı Qasım kimi qeyd olunmuşdur. O, Qaz idarəsində işləyir. İkinci qrup Qarabağ əlilidir. Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-199A saylı, 60800028 kod nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1974-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş və hazırdada həmin kənddə yaşayır. Onun adı Qasımdır. Lakin Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-199A saylı, 60800028 kod nömrəli şəhadətnamədə onun adı Qasım olmasına baxmayaraq, səhvən Rasım kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN 199A saylı, 60800028 kod nömrəli şəhadətnamənin ona, yəni Ərizəçi aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR-nin Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR-nin Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan JN-199A saylı, 60800028 kod nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X6, X2, X7 və X8 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 1anvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,27 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, JN 199A nömrəli Torpaq sahəsinin «Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə» sənədində hüquq sahiblərindən X3 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Şənlik kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli, 431 saylı arayışdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 199A saylı, 60800028 kod nömrəli şəhadətnamədə Ərizəçi adı səhvən Rasım kimi yazılmışdır. Əslində hər ikisi eyni şəxsdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Həsənov X9 rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş fərdi yaşayış evinin tikintisi üçün 0.27 hektar torpaq sahəsinə dair Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətamədə Ərizəçi adı Qasım olmasına baxmayaraq, səhvən Rasım kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4, X1, X3 və X5 adlarına Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,27 hektar həyətyanı torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-199A saylı, kod 60800028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən X10 qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar