Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-426/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 12 saylı qərarına əsasən onlara, yəni Ərizəçi1 və Ərizəçi2 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,84 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 380 saylı, 60804018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X16 Onların Yəni Ərizəçi1 soyadı Mamedov olmasına baxmayaraq səhvən Məmmədov kimi, Ərizəçi2 adı Ulduza olsada səhvən Ulduzə kimi qeyd edilməsini halbuki bütün sənədlərdə onların adlarının düzgün qeyd edilməsini Dövlət Aktında onların soyadı və adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib məhkəmədən ərizənin təmin edilməklə hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli 12 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair jn -380 saylı 60804018 kod nömrəli Dövlət Aktının onlara yəni Ərizəçi1 və Ərizəçi2 qıızna məxsus olması faktının müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 və Rəhimova (Abbasova) Gülnar Elman qızının numayəndəsi anası X11 ərizəni müdafiə edərək izahatında göstərdiki ərizəçilər Ərizəçi1 və Rəhimova (Abbasova ) Gülnar Elman qızı onun uşaqlarıdırş Oğlu Elgün 06 oktyabr 1989cu il tarixdə Ağcabədi rayonun Hacılar kndində anadan olmuş və qızı Rəhimova (Abbasova) Gülbar Elman qızı 05 oktyabr 1987-ci il tarixdə Ağcabədi rayonun Hacılar kəndində anadan olmuş hazırdada hər ikis həmin ərazidə yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 01 saylı qərarına əsasən onlara yəni ailə üzvlərinə 0,84 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı verilmişdir. X16 Onun Yəni Ərizəçi1 adı Elgün olmasına baxmayaraqsəhvən Elsun kimi və Ərizəçi2 adı Gülnar əvəzinə səhvən Gülnur kimi, qeyd edilmişdir, Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı onlara , yəni Ərizəçi1 və Ərizəçi2 aid olması faktının müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 eyni məzmunlu ifadə verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X12 15 iyul 1972-ci il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 1939cu il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır.. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi X1 şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 167 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 601.3 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə ərizəçi X4 ata adı Məmməd əvəzinə səhvən Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçi X7 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 və X5 adlarına Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisindən kənd təsərüffatı məhsulları istehsalı üçün verilmiş 0,84 hektar torpaq sahəsi ilə əlaqədar 24 iyul 1997-ci tarixli, 12 saylı qərarı ilə JN-380 Saylı kod 60804018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərulən X6 qeydinin X3 və X10 qeydinin Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-426/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-426/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver