Məhkəmə qərarları › İş №2(017)-461/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-461/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-461/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 Azay qızının, Ərizəçi2 və Ərizəçi3 Saday qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 6.06 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0034 saylı, 60807028 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onların, yəni Ərizəçi1 adı Gülnarə olmasına baxmayaraq, səhvən Güllü kimi, Ərizəçi2 soyadı səhvən qızlıq soyadı ilə, yəni Mirəliyeva kimi, adı Bəsdi əvəzinə səhvən Bəsti kimi, Ərizəçi3 adı Kamalə əvəzinə səhvən Kəmalə kimi və mərhum X9 adı Nubar əvəzinə səhvən Nübar kimi qeyd edilməsini, X9 23 avqust 2018-ci il tarixdə vəfat etməsini, halbuki bütün sənədlərdə onların, adlarının düzgün qeyd edilməsini, Dövlət Aktında onların adlarının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0034 saylı, 60807028 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X16 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 01 avqust 1978-ci il tarixdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun N.Təzəkənd kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 6.06 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 adı Gülnarə olmasına baxmayaraq, səhvən Güllü kimi, Ərizəçi2 soyadı səhvən qızlıq soyadı ilə, yəni Mirəliyeva kimi, adı Bəsdi əvəzinə səhvən Bəsti kimi və Ərizəçi3 adı Kamalə əvəzinə səhvən Kəmalə kimi və mərhum X9 adı Nubar əvəzinə səhvən Nübar kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X16 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi3 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 01 avqust 1978-ci il tarixdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayonunun H.Təzəkənd kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 11 avqust 1975-ci il tarixdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun H.Təzəkənd kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 1977-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun H.Təzəkənd kəndində yaşayır. İş materiallarında olan Ağcabədi rayonu, Təzəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 23 avqust 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-0034 saylı, 60807028 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X10, X25, X17, X18, X33, X6, X19, X20 və X23 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 6.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-0034 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X11 dəyişdirilərək X3, X5 dəyişdirilərək Ərizəçi3 kimi, X12 dəyişdirilərək Allahverdiyeva (Mirəliyeva) Bəsdi Azay qızı kimi, X13 dəyişdirilərək Ağayeva (Mirzəliyeva) Gülnarə Azay qızı kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X14 arasında nikah 19 avqust 2009-cu il tarixdə 235 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Ağayeva soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayon VVADQ şərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Mi rəliyeva Bəsdi Azay qızı arasında nikah 04 oktyabr 2000-ci il tarixdə 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Allahverdiyeva soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayonunun Təzəkənd kənd nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X26 arasında nikah 24 fevral 2000-ci il tarixdə 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Mirəliyeva soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayonunun Təzəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 87, 88, 90, 91 saylı arayışlardan görünür ki, Ağcabədi rayonunun Təzəkənd kənd sakinləri Ərizəçi3 JN 0034 saylı, 60807028 kod nömrəli Dövlət aktında texniki səhv olaraq X2, Ərizəçi2 adı texniki səhv olaraq Dövlət X1 kimi, X9 adı texniki səhv olaraq Nübar kimi və Ərizəçi1 adı texniki səhv olaraq Güllü kimi yazılmışdır. Əslində hər biri eyni şəxsdirlər. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun H. Təzəkənd kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş 6.06 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 adı Gülnarə olmasına baxmayaraq, səhvən Güllü kimi, Ərizəçi2 adı Bəsdi əvəzinə səhvən Bəsti kimi, Ərizəçi3 adı Kamalə əvəzinə səhvən Kəmalə kimi və mərhum X9 adı Nubar əvəzinə səhvən Nübar kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X16 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X8, Mi rəliyeva Sara Əli qızının, X15, X11, X28, X5, X13 və X22 adlarına Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 6,06 hektar torpaq sahəsi ilə əlaqədar 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN- 0034 saylı, kod 60807028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X29 qeydinin Ərizəçi1, X27 qeydinin Ərizəçi2, X21 qeydinin Ərizəçi3 və mərhum X30 qeydinin X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar