Məhkəmə qərarları › İş №2(017)-466/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-466/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-466/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Aydın qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1 və X14 iştirakı ilə Ərizəçilər Ərizəçi1 ve Ərizəçi2 hüquq müəyyənədici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki İşə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.85 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 297 saylı, 60801004 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında oniann, yəni Ərizəçi1, onun mərhum anası X21, mərhum bacısı X3 Mamedova olmasına baxmayaraq, səhvən Məmmədova kimi və arvadı Mamedova (Mehdiyeva) Aynurə Aydın qızının qızlıq soyadı Mehdiyeva əvəzinə səhvən Mehtiyeva kimi qeyd edilməsini, anası X21 06 yanvar 2017-ci il tarixdə və bacısı X8 19 aprel 2011-ci il tarixdə vəfat etmələrini, onun X24 ilə 1998-ci ilin iyun ayında rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmasını, halbuki bütün sənədlərdə onların, soyadlarının düzgün qeyd edilməsini, Dövlət Aktında onların soyadlarının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənədici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qəran ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-297 saylı, 60801004 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, mərhum X25, mərhum X15 və Mamedova (Mehdiyeva) Aynurə Aydın qızına məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxx 1963cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda da Ağcabədi şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara, yəni ona və ailə üzvlərinə 3.85 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1, mərhum anası X21, mərhum bacısı X1 Mamedova olmasına baxmayaraq, səhvən Məmmədova kimi və arvadı Mamedova (Mehdiyeva) Aynurə Aydın qızının qızlıq soyadı Mehdiyeva əvəzinə səhvən Mehtiyeva kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş Torpağa Torpağa mülkiyyət m hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1, mərhum anası X25, mərhum bacısı X16 və arvadı Mamedova (Mehdiyeva) Aynurə Aydın qızına aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxanlmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatlan təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1963-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda da ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1975-ci il tarixdə Ağdam rayonunun Saybalı kəndində anadan olmuş, hazırda isə ünvan 2 ünvanda yaşayır. materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X24 arasında nikah 18 iyun 1998-ci il tarixdə 59 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Mamedova soyadını qəbul etmişdir). İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 06 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 19 aprel 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-297 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X9, X22, X17, X10, X18 və X19 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.85 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-297 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X20 dəyişdirilərək X7, X5 dəyişdirilərək X4, X11 dəyişdirilərək Ərizəçi1 kimi və X12 dəyişdirilərək Mamedova (Mehdiyeva) Aynurə Aydın qızı kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənədici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq isi fakurganlan tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şexso maxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi ehemiyyəti olan faktlan o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktlan təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Mahkemesi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin sexcesseddel mi faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabedi şəhərində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qəran ilə verilmiş 3.85 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 soyadı Mamedov olmasına baxmayaraq, səhvən Məmmədov kimi, Mamedova (Mehdiyeva) Aynure Aydın qızının qızlıq soyadı Mehdiyeva əvəzinə səhvən Mehtiyeva kimi, mərhum X21 və X2 Mamedova olmasına baxmayaraq, səhvən Məmmədova kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Mamedova (Mehdiyeva) Aynurə Aydın qızına, X25 və X16 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlannın əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandıır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə. qətetdi: Ərizə təmin edilsin. X6, X20, X13, X5, X11 və X12 adlarına Ağcabədi şəhəri (N.Nərimanov) ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,85 hektar torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-297 saylı, kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X27 qeydinin Ərizəçi1, X28 qeydinin Mamedova (Mehdiyeva) Aynurə Aydın qızına, mərhum X29 qeydinin X25 və mərhum X23 qeydinin X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar