Məhkəmə qərarları › İş №2(017)-469/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-469/2025

13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-469/2025 13.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia oğluzəsi ilə məhkəməyə müraciət edərək 07 noyabr 2023-cü tarixdə vəfat etmiş mərhum oğlu X3 miras qalmış Turanbank ASC-də girov qoyulmuş 106.30 qr qızıl-zinət əşyaları ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X6 onun dogma oğludur. Oğlu Nəroman sağlığında Turanbank ASC-nə 106.30 qr qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmüşdür. Hazırda həmin kredit tamamilə ödənilmişdir. Lakin girov mərhum oğlu Nərimanın adına olduğu üçün bankdan götürə bilmir. X9 07 noyabr 2023-cü il tarixdə X4 vilayətinin Şyolkovo şəhərində vəfat etmiş və Azərbaycana gətirilərək, Ağcabədi şəhərində dəfin edilmişdir. O, mirasa vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin, onun vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 11 dekabr 2024-cü il tarixli, 1858 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum oğlu X5 adına girov qoyulmuş qızıllara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 iyul 2022-ci il tarixli girov müqaviləsindən görünür ki, X1 götürdüyü kreditə qarşılıq olaraq 106.30 qram qızıl-zinət əşyalarını girov qoymuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 iyul 2022-ci il tarixli girovun qoyulması barədə aktdan görünür ki, X1 götürdüyü kreditə qarşılıq olaraq ümumi çəkisi 106.30 qram qızıl-zinət əşyalarını girov qoymuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 noyabr 2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 11 dekabr 2024-cü il tarixli, 1858 saylı məktubundan görünür ki, iddiaçı Aslanov X7 Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə oğluzə ilə müraciət edərək oğlu X5 07 noyabr 2023-cü il tarixdə vəfat etdiyini, ondan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətloğlunin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X6 07 noyabr 2023-cü il tarixdə vəfat etmiş və onun adından Turanbank ASC-də qızıl-zinət əşyaları girov qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərinn təqdim etdiklləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 07 noyabr 2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış 106.30 qram qızıllara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddəloğluni rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 07 noyabr 2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Turanbank ASC-də girov qoyulmuş ümumi çəkisi 106.30 qram qızıl-zinət əşyaları ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar