Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-474/2023 08.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2023-cü il tarixə saat 12:10-a təxirə salınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2023-cü il tarixə saat 12:10-a təxirə salınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq X2 qaytarılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-474/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-474/2023
08.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver