Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-476/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi iştirakı ilə, Ərizəçi X5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X16 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 1 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.19 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 346 saylı, 60807018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X17 adı Afilə olmasına baxmayaraq, səhvən Adilə kimi qeyd olunmasını, Dövlət Aktında onun adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998ci il tarixli, 01 nömrəli qəran ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-346 saylı, 60807018 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1952-ci il tarixdə İmişli rayonunun Sarxanlı kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayır. O, 1988-ci il tarixdə X22 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və Quliyeva soyadını qəbul etmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.19 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-346 saylı, 60807018 kod nömrəli Dövlət Aktı verilmişdir. X17 adı Afilə olmasına baxmayaraq, səhvən Adilə kimi qeyd edilmişdir. Ona məxsus bütün digər sənədlərdə onun adı Afilə kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-346 saylı, 60807018 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi, idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmesina baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dovlet Xidmanhin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X20 izahat verərək göstərdi ki, X14 onun əmisi oğludur. Əmisi oğlu Xəqaninin ata adı, yəni əmisinin adı həqiqətəndə Məmməddir. Lakin A №-292465 saylı torpaq sahəsinin planı və ölçüsü sənədə əlavə olunmuş siyahıda səhvən Mamed kimi qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X14 07 mart 1962-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş siyahıdan görünür ki, X10, X3, X11 və X12 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 601.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, A 292465 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısında hüquq sahiblərindən X6 dəyişdirilərək X2 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi X1 şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 167 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 601.3 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə ərizəçi X4 ata adı Məmməd əvəzinə səhvən Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçi X7 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X15, X8 və X13 adlarına Ağcabədi rayonunun Hüsülü kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.19 hektar pay torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə JN-346 saylı, kod 60807018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X19 qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Sirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-476/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-476/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver