Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-477/2023 04.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək JN 217 kod 60808038 nömrəli dövlət aktının və JN 144A kod 60808038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamə ilə ona və ailə üzvlərinə müvafiq olaraq 1,24 ha kənd təsərrüfatı təyinatlı və 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə onların adları: torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktında Ərizəçi1 əvəzinə Ərizəçi1 Mehti oğlu və Ərizəçi2 əvəzinə X4; torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamədə Ərizəçi1 əvəzinə Ərizəçi1 Mehti oğlu və Ərizəçi2 əvəzinə X1 yazılaraq yanlışlığa yol verilmişdir. Bu da onlara verilmiş torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktının surətindən görünür ki, həmin dövlət aktında mülkiyyətçi kimi 4 nəfərin adı, o cümlədən Ərizəçi1 Mehti oğlu və X2 adları yazılmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə mülkiyyətçi kimi 4 nəfərin adı, o cümlədən Ərizəçi1 Mehti oğlu və X2 adları yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9 və 10 nömrəli arayışlardan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamədə göstərilən Ərizəçi1 ilə Ərizəçi1 Mehti oğlu, Ərizəçi2 ilə X4 eyni şəxslərdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AZ 439912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur və hazırda Ağcabədi rayonunun Kəbirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, AZ ******* nömrəli doğum və İV-jq 376330 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə anadan olmuş, nikah bağlandıqdan sonra ona “Aslanova ” soyadı verilmişdir. Beləliklə, torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktında Ərizəçi1 ilə Ərizəçi1 Mehti oğlunun və Ərizəçi2 ilə X2; torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamədə Ərizəçi1 ilə Ərizəçi1 Mehti oğlunun, Ərizəçi2 ilə X2 eyni şəxs olduğu ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktının 4 nəfərə, torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamənin 4 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 217 kod 60808038 nömrəli dövlət aktının 4 nəfərə, torpağın mülkiyyətə verilməsinə dair JN 144A kod 60808038 nömrəli şəhadətnamənin 4 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-477/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-477/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver