Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-479/2023 04.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 32 nömrəli arxiv arayışında “X7” qeydlərinin mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək bildirdi ki, atası Ərizəçi ünvan 1 ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi mərhum X6 məxsus olmuşdur. Qeyd edilən torpaq sahəsi ilə bağlı vərəsəliyin həll edilməsi üçün müraciət olunmuş, lakin arxiv arayışında yanlışlıq olduğuna görə sənədləşmə məsələsi həll olunmamışdır. Ağcabədi rayon İHB-sı aparatı yanında Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arxiv arayışında mərhum X4 adı səhvən “X7” kimi qeyd olunmuşdur. Hazırda vərəsəliyin həll edilməsi üçün arxiv arayışında olan “X7” qeydlərinin mərhum X6 məxsus olması faktının müəyyən edilməsi zəruridir. Ona görə də Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arxiv arayışında yazılmış “X7” qeydinin mərhum X6 məxsus olması faktının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahidlər X12 və X1 İlhamə Bəşir qızının izahatına uyğun ifadə verdilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/75-419/15 AA******* nömrəli doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə anadan olmuş, anası qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 229187 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001-ci il tarixdə Ağcabədi şəhərində ölmüşdür. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arxiv arayışının surətindən görünür ki, arxivdə saxlanılan Ü.Hacəbəyov adına kolxozun arayış xarakterli arxiv sənədləri yaxlanılmış, 1974-1984-cü illəri əhatə edən Ü.Hacəbəyov adına 2 nömrəli qaytanlanmış torpaq kitabının 71-ci səhifəsinin 223-cü sətrində X2 adına 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Beləliklə, Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arxiv arayışında yazılmış “X7” qeydinin mərhum X6 məxsus olması faktı ərizəçinin izahatı, şahidlərin ifadəsi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022ci il tarixli 32 nömrəli arxiv arayışında yazılmış “X7” qeydinin mərhum X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağcabədi rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arxiv arayışında yazılmış “X7” qeydinin mərhum X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-479/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-479/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver