Məhkəmə qərarları › İş №2(017)-499/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-499/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-499/2024 05.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli R 289517 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 511,11 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, ailə üzvləri ilə birgə Ağcabədi rayonu Taynaq kəndində yaşayırlar və evinə quraşdırılan işıq sayğacı onun adınadır. Yaşadıqları mənzili istiliklə təmin etmək məqsədilə elektrik enerjisindən kənar xətdən istifadə etmişdir. X1 qaydalarını pozduğunu bilsə də buna məcbur olmuşdur. 08 fevral 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən X1 etmək üçün quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən elektrik sayğacından kənar xətddən istifadə aşkar edilmiş və 511,11 manat cərimə yazılmışdır. Onun həmin cəriməni ödəməyə maddi gücü çatmır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında göstərdi ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli il tarixli, R 289517 saylı aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik enerjisindən kənar xətdən istifadə edir. Yenidən hesablaşma kənar xətdən keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Bu hal video çəkiliş vasitəsi ilə də çəkilmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 08 fevral 2023-cü il tarixli il tarixli, R 289517 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq İddiaçı mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının elektrik enerjisindən kənar xətdən istifadə aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********00052) itirilmiş enerji dəyəri kimi ümumilikdə 511,11 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları müəyyən edilir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından elektrik enerjisindən kənar xətdən istifadə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı X1 qaydalarını bilə-bilə pozduğunu tam etiraf edir. Hazırkı iş üzrə hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli il tarixli, R 289517 saylı akt və həmin akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borc əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərvuranın zərərçəkən qarşısında vurulmuş zərərə görə maddi məsuliyyət daşıması müəyyən edilib. Həmin maddənin mənasından görünür ki,vurulan zərər real zərər və əldən çıxmış fayda olmaqla iki növə bölünür. Real zərər əmlakdan məhrum etmə, əmlakı zədələmə və s. Halları əhatə edir. Həmin məcəllənin 1096-cı maddəsində “Mülki hüquq pozuntuları anlayışı” təsbit olunmuşdur. Həmin məcəllənin 1097.1-ci maddəsində isə göstərilmmişdir ki, “Mülki hüquq pozuntusu (delikt) nəticəsində... hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən “İstehlakçı sərancamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır”. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən “İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlarındakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir”. Həmin qaydaların EEİQ-nin 3.4 bəndinə əsasən “xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 fevral 2023-cü il tarixli il tarixli, R 289517 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00052) əlavə edilmiş cərimənin silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli il tarixli, R 289517 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 511,11 manat cərimənin silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar