Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-501/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi, anası Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 etibarnamə əsasında nümayəndəsi anası Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara, yəni Ərizəçi2 və Ərizəçi1 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,99 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0072 saylı, 60803038 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X18 Onların Yəni uşaqları Ərizəçi2 adı Elgün olasına baxmayaraq əvəzinə səhvən Elsun kimi, X1 qızlıq soyadı ilə yəni Abbasova kimi adı Gülnar əvəizə səhvən Gülnur kimi qeyd edilməsini halbuki bütün sənədlərdə onların adlarının düzgün qeyd edilməsin i qızız Gülnar ailə qurduqdan sonra soyadını dəyişməsini Dövlət Aktında onların adlarının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib məhkəmədən ərizənin təmin edilməklə hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair jn - 0022 saylı 60803038 kod nömrəli Dövlət Aktının onlara yəni Ərizəçi2 və Ərizəçi1 qıızna məxsus olması faktının müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 və Rəhimova (Abbasova) Gülnar Elman qızının numayəndəsi anası Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdiki ərizəçilər Ərizəçi2 və Rəhimova (Abbasova ) Gülnar Elman qızı onun uşaqlarıdırş Oğlu Elgün xx xxxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonun Hacılar kndində anadan olmuş və qızı Rəhimova (Abbasova) Gülbar Elman qızı xx xxxxxxx 1987-ci il tarixdə Ağcabədi rayonun Hacılar kəndində anadan olmuş hazırdada hər ikis həmin ərazidə yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara yəni ailə üzvlərinə 1,99 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı verilmişdir. X18 Onun Yəni Ərizəçi2 adı Elgün olmasına baxmayaraqsəhvən Elsun kimi və Ərizəçi1 adı Gülnar əvəzinə səhvən Gülnur kimi, qeyd edilmişdir, Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı onlara , yəni Ərizəçi2 və Ərizəçi1 aid olması faktının müəyyən olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 eyni məzmunlu ifadə verərək Ərizəçi2 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X12 15 iyul 1972-ci il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 1939cu il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır.. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi X2 şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 167 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 601.3 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə ərizəçi X4 ata adı Məmməd əvəzinə səhvən Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçi X7 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5, Həsənova Nümayəndə , X6 və X9 adlarına Ağcabədi rayonunun Hacılar kəndi ərazisindən kənd təsərüffatı məhsulları istehsalı üçün verilmiş 1,99 hektar torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci mil traixli, 05 saylı qərarı ilə JN-0022 Saylı kod 60803038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərulən X13 qeydinin Ərizəçi2 və X11 qeydinin Rəhimova (Abbasova) Gülnar Elman qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-501/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-501/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver