Məhkəmə qərarları › İş №2(017)-612/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-612/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-612/2024 01.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, ərizəçi və digər Ərizəçi5 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 və digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4. oğlunun və Ərizəçi5 hüquqmüəyyən edici sənədin şəxsə məxsus olması barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə JN-175 kod nömrəli 60808038 serialı Torpağa Mülkiyyət Hüquququna dair Dövlət Aktında qeyd olunmuş 2.65 hektar pay torpaq sahəsi verilməsini, lakin həmin Dövlət Aktında onların soyadı Bünyadov əvəzinə Bünyatov kimi, eyni zamanda qızı Sevincin adı səhvən Sabit kimi qeyd edilməsini göstərib, məhkəmədən ərizənin təmin edilməkə, sənədin şəxsə məxsus olması barədə hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən onlara aid JN-175 kod nömrəli 60808038 serialı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X5 kimi göstərilmiş qeydin Ərizəçi1, X6 göstərilmiş qeydin Ərizəçi2, X1 göstərilmiş qeydin Xuduyeva (Bünyadova) Səkinə Mübariz qızına, X2 göstərilmiş qeydin Ərizəçi4 və X7 göstərilmiş qeydin Ərizəçi5 aid olması və Dövlət Aktının onlara məxsus olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında digər Ərizəçi5 nümayəndəsi və ərizəçi X28 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə JN-175 kod nömrəli 60808038 serialı Torpağa Mülkiyyət Hüquququna dair Dövlət Aktında qeyd olunmuş 2.65 hektar pay torpaq sahəsi verilmişdir, lakin həmin Dövlət Aktında onların soyadı Bünyadov əvəzinə Bünyatov kimi, eyni zamanda qızı Sevincin adı səhvən Sabit kimi qeyd edilmişdir. O, məhkəmədən ərizənin təmin edilməkə, sənədin şəxsə məxsus olması barədə hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən onlara aid JN-175 kod nömrəli 60808038 serialı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X5 kimi göstərilmiş qeydin Ərizəçi1, X6 göstərilmiş qeydin Ərizəçi2, X1 göstərilmiş qeydin Xuduyeva (Bünyadova) Səkinə Mübariz qızına, X2 göstərilmiş qeydin Ərizəçi4 və X7 göstərilmiş qeydin Ərizəçi5 aid olması və Dövlət Aktının onlara məxsus olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 da ərizəni müdafiə edərək ərizəçi X19 izahatına uyğun izahat verərək ərizənin təmin ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DƏDRX-nin ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1986cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Kəbirli kənd sakini Ərizəçi1 arvadı -X13, oğlu -Ərizəçi2, qızı- Xudiyeva (Bünyadova) Səkinə Mübariz qızı və oğlu -Ərizəçi4 adlı ailə üzvləri vardır və hal-hazırda da Ağcabədi rayon Kəbirli kəndində yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası torpağa Mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ərizəçi1, X8, Ərizəçi2, Bünyadova (nikahdan sonra Xuduyeva) Səkinə Mübariz qızına, X11 və Ərizəçi5 26 mart 1998-ci il tarixli, JN-175 kod 60808038 saylı qeydiyyat nömrəsi ilə 2.65 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Ağcabədi rayonunda anadan olmuş və hazırda da Ağcabədi rayonunun Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayırlar. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 adlarına 2.65 hektar torpaq sahəsinə dair verilmiş dövlət X5nun, Ərizəçi2 Mübaiz oğlunun, Ərizəçi3, X9 və Ərizəçi5 soyadları Bünyadova olsada texniki səhv olaraq Bünyatov kimi göstərilmiş və həmçinin Ərizəçi5 isə X3 göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən aid JN-175 kod nömrəli 60808038 serilı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X21, X4, X14, X10, Ərizəçi4 və X15 adlarına Ağcabədi rayon Aqrar İslahat Komissiyası tərəfindən kənd təcərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.65 ha torpaq sahəsinə aid 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli JN-175 kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X5 kimi göstərilmiş qeydin Ərizəçi1, X6 göstərilmiş qeydin Ərizəçi2, X1 göstərilmiş qeydin Xuduyeva (Bünyadova) Səkinə Mübariz qızına, X2 göstərilmiş qeydin Ərizəçi4 və X7 göstərilmiş qeydin Ərizəçi5 aid olması və Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar