Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-64/2025 14.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 yanvar 1981-ci il təvəllüdlü oğlu X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında göstərdi ki, oğlu X7 22 yanvar 1981-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Oğlu Pərviz 2023-cü ilin iyun ayında ağır dərəcəli beyindaxili lokalizasiyalı qansızma keçirərək ağır formada yataq şəraitindədir və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixo-nevroloji kabinetdə qeydiyyata alınmışdır. Qeyd edilən xəstəliklə bağlı oğluna İİ qrup əlillik verilmişdir. Pərviz öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Belə ki, oğlu Pərviz onun köməkliyi olmadan özünü idarə edə bilmir. Hazırda oğluna aid sənədlərin alınmasında və İİ qrup əlillərə qulluq edən şəxslərə təyin edilmiş təqaüdün alınmasında çətinlik çəkir. Buna görə də, oğlu Pərvizin üzərində qəyyum təyin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraiət etmiş, lakin İcra Hakimiyyəti ona Pərvizin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Pərvizin üzərində qəyyum təyin ediləcəyi bildirilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktının çıxarışdan görünür ki, X7 “Yarımkürələrin qabıq nahiyəsinə (kartikal) beyindaxili qansızma. Beyindaxili çoxlakalizasiyalı qansızma” diaqnozu ilə 2-ci qrup əlildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 04 fevral 2025-ci il tarixli, 546 saylı rəyindən görünür ki, X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X1 insultdan sonra yaranmış ağır dərəcəli demansiya, motor afaziya ilə əlaqədar onun məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 22 yanvar 1981-ci il təvəllüdlü, “Yarımkürələrin qabıq nahiyəsinə (kartikal) beyindaxili qansızma. Beyindaxili çoxlakalizasiyalı qansızma” diaqnazu ilə İİ qrup əlil olan X7 2023-cü ilin iyun ayında ağır dərəcəli beyindaxili lokalizasiyalı qansızma keçirərək ağır formada yataq şəraitindədir və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixo-nevroloji kabinetdə qeydiyyata alınaraq ona “Yarımkürələrin qabıq nahiyəsinə (kartikal) beyindaxili qansızma. Beyindaxili çoxlakalizasiyalı qansızma” diaqnazu ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 04 fevral 2025-ci il tarixli, 546 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 insultdan sonra yaranmış ağır dərəcəli demansiya, motor afaziya müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 22 yanvar 1981-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 22 yanvar 1981-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 22 yanvar 1981-ci il tarixdə anadan olmuş X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-64/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-64/2025
14.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver