Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-652/2023 06.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamənın onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamə ilə ona və ailə üzvlərinə (6 nəfərdən ibarət ailə üzvlərinə) 5,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə texniki səhv olaraq hüquq sahiblərindən onun adı “Ərizəçi1” əvəzinə “X6” kimi, qızının adı “X3” əvəzinə “X4” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamədə mülkiyyətçi kimi 6 nəfərin adı, o cümlədən X6 və X1 adları yazılmışdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, X-jq 281911 nömrəli doğum və AZ-İİ 264310 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunun Mehrablı kəndində anadan olmuş, nikaha daxil olduqdan sonra “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamə sənədində hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi1, X1 dəyişdirilərək Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamənın Ərizəçi1 və Ərizəçi2 məxsus olması ərizəçilərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamənın 6 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0092 kod 60814028 nömrəli şəhadətnamənın 6 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-652/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-652/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver