Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-668/2025 18.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, 010057 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 771,24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonun Taynaq kəndində yaşayır. Evinə quraşdırılmış işıq sayğacı onun adınadır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən X1 etmək üçün quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən X1 qaydalarının pozulması halı aşkar etdikləri üçün akt tərtib etmişlər. Həmin aktda kənar xətt vasitəsi ilə X1 etdiyi qeyd edilmişdir. Nə o, nə də ailə üzvləri heç bir kənar xətdən istifadə etməmişlər və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən elektrik sayğacına baxış keçirərkən iştirak etməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən qərəzli olaraq barəsində akt tərtib edilmişdir. barəsində tərtib olunmuş inzibati protokoldan və inzibati qərardan məlumatı yoxdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, 010057 saylı aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməsi aşkar olunmuşdur. Bu hal video çəkiliş vasitəsi ilə də çəkilmiş və DVD diski məhkəməyə təqdim olunmuşdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 24 dekabr 2024-cü il tarixli, 010057 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq İddiaçı mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş və çıxış faza xətləri, eyni zamanda sayğacın giriş faza yuvasında cənlənən sayğacı dövriyədən ayırdıqda kənar xətdən axan yük aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********00011) itirilmiş enerji dəyəri kimi ümumilikdə 771,24 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 mart 2025-ci il tarixli, MN1276835 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 24 dekabr 2024-cü il tarixdə Ağcabədi rayonun Taynaq kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla elektrik enerjisinin qanunsuz talanması nəticəsində 771,24 mat ziyan vurduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları müəyyən edilir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının giriş və çıxış faza xətləri, eyni zamanda sayğacın giriş faza yuvasında cənlənən sayğacı dövriyədən ayırdıqda kənar xətdən axan yük aşkar edilmişdir, yəni iddiaçının kənar xətt vasitəsi ilə elektik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkilişdə göründüyü kimi, iddiaçıya məxsus evdə elektik sayğacının giriş və çıxış faza xətlərinin eyni yuvada cəmlənərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. Ampermaşa vasitəsi ilə sayğacdan axan yük ölçülmüş və sayğacdan axan yük müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, 010057 saylı akt və həmin akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borc əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, 010057 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 771,24 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, 010057 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 771,24 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-668/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-668/2025
18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver