Məhkəmə qərarları › İş №2(017)-686/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-686/2024

03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-686/2024 03.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi və digər ərizəçi İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının nümayəndəsi Ərizəçi1 və ərizəçi Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızının iştirakı ilə, Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, İbadova (Şirinova) Mərziyyə İsmayıl qızı və Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı ərizə ilə məhkəməyə müraciət edərək, A 292772 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər ərizəçi İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-ci il tarixli, 02 nömrəli qərarı ilə 1200,21 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X6 mülkiyyətinə verilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında onun soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 İsrafil qızı kimi və ərizəçi İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının soyadı, adı və ata adı X4 əvəzinə səhvən X1 qeyd edilmişdir. Bu barədə düzəliş edilməsi üçün müxtəlif orqanlara müraciət etsələr də, onlaraa məhkəməyə müraciət etmələri izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-ci il tarixli, 02 nömrəli qərarı ilə 1200,21 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X6 mülkiyyətinə verilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında onun soyadı, adı və ata adı X9 əvəzinə səhvən X3 qeyd edilmişdir. Bu barədə düzəliş edilməsi üçün müxtəlif orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1959-cu ildə anadan olmuş və onun soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı xx xxxxxx 1983-cü ildə anadan olmuş və onun soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbadova (Şirinova) Mərziyyə İsmayıl qızı xx xxxxxx 1982-ci ildə anadan olmuş və onun soyadı, adı və ata adı Ərizəçi3 kimi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 iyun 2005-ci il tarixdə X10 ilə nikaha girmiş və soyadı Mirzəyeva olaraq dəyişdirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiiyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 05 fevral 2002-ci il tarixində X11 ilə nikaha girmiş və soyadı İbadova olaraq dəyişdirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş A № 292772 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1200,21 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X6 mülkiyyətinə verilmiş və həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında Ərizəçi1 soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 İsrafil qızı kimi, Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızının soyadı, adı və ata adı X9 əvəzinə səhvən X3 və İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının soyadı, adı və ata adı X4 əvəzinə səhvən X1 qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli imtna məktubundan görünür ki, Ərizəçi1 İsrafil qızının Ərizəçi1 kimi, X8 Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı kimi və X2 İbadova (Şirinova) Mərziyyə İsmayıl qızı kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və bununla bağlı müvafiq məhkəmə sitansiyasına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçi və digər ərizəçi İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının nümayəndəsi Ərizəçi1 və ərizəçi Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızının izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları araşdırılarkən müəyyən olundu ki, A № 292772 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1200,21 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X6 mülkiyyətinə verilmiş və həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında Ərizəçi1 soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 İsrafil qızı kimi, Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızının soyadı, adı və ata adı X9 əvəzinə səhvən X3 və İbadova (Şirinova) Mərziyyə İsmayıl qızının soyadı, adı və ata adı X4 əvəzinə səhvən X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 1200,21 kv.m torpaq sahəsinə dair A № 292772 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquq sahibi kimi qeyd edilmiş Ərizəçi1 İsrafil qızı qeydinin Ərizəçi1 kimi oxunaraq Ərizəçi1, X13 qeydinin Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı kimi oxunaraq Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızına və X7 qeydinin İbadova (Şirinova) Mərziyyə İsmayıl qızı kimi oxunaraq İbadova (Şirinova) Mərziyyə İsmayıl qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 1200,21 kv.m torpaq sahəsinə dair A № 292772 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquq sahibi kimi qeyd edilmiş Ərizəçi1 İsrafil qızı qeydinin Ərizəçi1 kimi oxunaraq Ərizəçi1, X13 qeydinin Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızı kimi oxunaraq Mirzəyeva (Şirinova) Əminə İsmayıl qızına və X7 qeydinin İbadova (Şirinova) Mərziyyə İsmayıl qızı kimi oxunaraq İbadova (Şirinova) Mərziyyə İsmayıl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar