Məhkəmə qərarları › İş №2(017)-706/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-706/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-706/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X12 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,75 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 204 saylı, 60808028 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X8 Hüseynova olmasına baxmayaraq, səhvən Zeynalova kimi, ata adı Sədrxan əvəzinə səhvən Sədirxan kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onun soyadı Hüseynova, ata adı Sədrxan kimi qeyd olunmasını, Dövlət Aktında onun soyadının və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-204 saylı, 60808028 kod nömrəli Dövlət Aktının ona, yəni X9 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 01 aprel 1970-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi rayonunun Aran kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.75 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-204 saylı, 60808028 kod nömrəli Dövlət Aktı verilmişdir. X8 Hüseynova olmasına baxmayaraq, səhvən ərinin soyadı ilə, yəni Zeynalova kimi, ata adı Sədrxan əvəzinə səhvən Sədirxan kimi qeyd edilmişdir. O, X18 ilə rəsmi nikah qeyd etdirib evlənən vaxtı öz qızlıq soyadında qalmışdır. Ona məxsus bütün digər sənədlərdə onun soyadı Hüseynova, ata adı Sədrxan kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-204 saylı, 60808028 kod nömrəli Dövlət Aktının ona, yəni X9 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahat verərək gösərdi ki, X12 onun arvadıdır. Arvadı Aybənizin qızlıq soyadı həqiqətəndə Hüseynova, ata adı isə Sədrxandır. X24 Aybənizin soyadı səhvən onun soyadı ilə, yəni Zeynalova kimi, ata adı isə səhvən Sədirxan kimi qeyd edilmişdir. Aybəniz onunla ailə qurduqdan sonrada öz qızlıq soyadında qalmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 01 aprel 1970-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Aran kəndində yaşayır. İş materiallarında olan JN-204 saylı, 60808028 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X16, X7 və X13 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,75 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN- 204 saylı, 60808028 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X4 dəyişdirilərək X3 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayonu İHB-nın Aran kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 62 saylı arayışdan görünür ki, X6 JN 204 saylı, 60808028 kod nömrəli Dövlət Aktında göstərilən X10 ilə şəxsiyyət vəsiqəsindəki X12 eyni şəxsdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindn görünür ki, X18 ilə X12 arasında nikah 15 fevral 1994-cü il tarixdə 04 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi X2 rayonunun Aran kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 3.75 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçi X1 Hüseynova əvəzinə, səhvən Zeynalova, ata adı Sədrxan əvəzinə səhvən Sədirxan kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçi X9 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X15, X5 və X11 adlarına Ağcabədi rayonunun Aran kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 3.75 hektar pay torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-204 saylı, kod 60808028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X10 qeydinin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar