Məhkəmə qərarları › İş №2(017)-716/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-716/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-716/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi1 Məməd oğlunun nümayəndəsi, Həsənov Elvin Xəqani oğlunun iştirakı ilə Ərizəçi1 Məmməd oğlunun hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi1 Məmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən onun, yəni Ərizəçi1 Mamed oğlunun adına verilmiş fərdi yaşayış evinin tikilməsi üçün 601,3 kv.m həyətyanı torpaq sahəsinin verilməsini, bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini, həmin sənəddə onun ata adı Məmməd olmasına baxmayaraq, səhvən Mamed kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onun ata adı Məmməd kimi qeyd olunmasını, Torpaq sahəsinin planı və ölçüsü sənədində onun ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ona məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 Məmməd oğlunun nümayəndəsi, oğlu X6 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi1 Məmməd oğlu onun atasıdır. Atası Xəqani 07 mart 1962-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən atası Ərizəçi1 Mamed oğlunun adına verilmiş fərdi yaşayış evinin tikilməsi üçün 601.3 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədə əlavə olunmuş siyahıda atası Xəqaninin ata adı Məmməd olsada səhvən Mamed kimi qeyd edilmişdir. Atasına məxsus bütün digər sənədlərdə atasının ata adı Məmməd kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair A 292465 saylı sənədin onun atasına, yəni Ərizəçi1 Məmməd oğluna aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək göstərdi ki, Ərizəçi1 Məmməd oğlu onun əmisi oğludur. Əmisi oğlu Xəqaninin ata adı, yəni əmisinin adı həqiqətəndə Məmməddir. Lakin A №-292465 saylı torpaq sahəsinin planı və ölçüsü sənədə əlavə olunmuş siyahıda səhvən Mamed kimi qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Məmməd oğlu 07 mart 1962-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş siyahıdan görünür ki, Ərizəçi1 Mamed oğluna, X2, X4 və X5 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 601.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, A 292465 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısında hüquq sahiblərindən Ərizəçi1 Mamed oğlunun dəyişdirilərək X1 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Həsənov X3 şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 167 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 601.3 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə Ərizəçi1 Məmməd oğlunun ata adı Məmməd əvəzinə səhvən Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi1 Məmməd oğluna məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ağcabədi şəhəri ərazisindən Ərizəçi1 Mamed oğlunun adına 601.3 kv.m həyətyanı torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21 noyabr 2006-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş siyahıda göstərilən Ərizəçi1 Mamed oğlu qeydinin Ərizəçi1 Məmməd oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar