Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-73/2025 14.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2024-cü il tarixə saat 09:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2025-ci il tarixə saat 09:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2025-ci il tarixə saat 09:15-ə təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-73/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-73/2025
14.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver