Məhkəmə qərarları › İş №2(017)-756/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-756/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-756/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi Əfqan qızının iştirakı ilə Ərizəçi hüquq müəyyənədici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8,65 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 516 saylı, 60814018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X38, yəni Ərizəçi ata adı Əlqan əvəzinə səhvən Əlican kimi, ailə üzvlərinin X19 adı Nemət olmasına baxmayaraq, səhvən Namət kimi, X3 ata adı Əbdürəhim əvəzinə səhvən Abduləli kimi, İsgəndərova (Əliyeva) Güney Muxtar qızının adı Güney olsada səhvən Günel kimi, X1 Əlizadə olmasına baxmayaraq səhvən Əliyeva kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların soyadı, adı və ata adı düzgün qeyd olunmasını, Dövlət Aktında onun və ailə üzvlərinin soyadının, adının və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-516 saylı, 60814018 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi və ailə üzvlərinə məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1954-cu il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş və hazırda isə Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997- ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8.65 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-516 saylı, 60814018 kod nömrəli Dövlət Akti verilmişdir. X38 və ailə üzvlərinin soyadı, adı və ata adı səhv qeyd edilmişdir. Onlara məxsus bütün digər sənədlərdə onların soyadı, adı və ata adı düzgün göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-516 saylı, 60814018 kod nömrəli Dövlət Aktinin onlara, yeni Əliyeva Sekine elandair X31, X7, İsgəndərova (liyevin Muxtar qızına və X20 məxsus olması faktının mueva Gasına dair məhkəmədən qətnamə çıxanimasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X47 izahat verərək göstərdi ki, ərizəçi X56 qizi və dövlət aktında göstərilənlər onun alun Üzvləridir. Ailə üzvlərinin say elgan yo di aktında texniki səhv olaraq düzgün qeyd edilməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin say, Respublikain məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən bayraqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İs materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1954-cü il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X48 28 iyul 1977-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olmuş və Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 1972-ci il tarixdə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 25 yanvar 1995-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X39 26 iyul 1995-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X40 arasında nikah 11 iyun 2013-cü ildə 222 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Qadın nikahdan sonra İsgəndərova soyadını qəbul etmişdir. İş materiallarında olan JN-516 saylı, 60814018 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X32, X33 X34, X35, X13, X22, X8, X41, X23, Ərizəçi Əlican qızına və X24 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 8,65 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN-516 saylı, 60814018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X25 dəyişdirilərək X10, X4 dəyişdirilərək X2, X15 dəyişdirilərək İsgəndərova (Əliyeva) Güney Muxtar qızı kimi, Ərizəçi Əlican qızının dəyişdirilərək Ərizəçi kimi və X16 dəyişdirilərək X6 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ile müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlan müəyyən edir. Hemin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ile duz gelmediyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanlan tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktlan o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. es Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdınıması zamanı müəyyən edildi ki, ərizəçi Əliyeva X30 rayonunun Qaradolaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qəran ilə verilmiş 8.65 hektar torpaq sahəsinə dair Dövlət Aktında Ərizəçi və ailə üzvlərinin soyadı, adı və ata adı səhv göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi və onun ailə üzvlərinə məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) Öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X26, X27, X28, X25, X9, X17, X4, X36, X15, Ərizəçi Əlican qızının və X16 adlarına Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 8.65 hektar pay torpaq sahəsi ilə əlaqədar 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qeran ila JN-516 saylı, kod 60814018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən Ərizəçi Əlican qızı qeydinin Ərizəçi, X50 qeydinin X37, X18 qeydinin X5 X43 qeydinin İsgəndərova (Əliyeva) Güney Muxtar qızına və X44 qeydinin X29 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Sirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar