Məhkəmə qərarları › İş №2(017)-796/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-796/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-796/2023 29.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X4 katibliyi, ərizəçi Qurbanova (Quliyeva) Şamaxı Duman qızının iştirakı ilə, Ərizəçi Qurbanova (Quliyeva) Şamaxı Duman qızının hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Qurbanova (Quliyeva) Şamaxı Duman qızı məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-cii il tarixli, 07 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə və ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,00 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN-194 saylı, 60805028 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun ata adının Yaqut olmasına baxmayaraq səhvən Yaqub kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onun ata adı Yaqut kimi qeyd olunmasını, Dövlət Aktında onun ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-cii il tarixli, 01 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0060 saylı, 60812038 kod nömrəli Dövlət Aktının ona məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5, X1, X2 və X3 adlarına Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün adlarına verilmiş 2.00 hektar pay torpaq sahəsi ilə əlaqədar 23 iyun 1997-cii il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN- 0060 saylı, kod 60812038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X6 qeydinin Qurbanova (Quliyeva) Şamaxı Duman qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar