Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-801/2023 29.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi iştirakı ilə Ərizəçi Şərifova (Quliyeva) Ayşən Aqil qızının hüquq müəyyənədici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Şərifova (Quliyeva) Ayşən Aqil qızı məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,88 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 196 saylı, 60805028 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X12 adı Ayşən olmasına baxmayaraq, səhvən Aytən kimi qeyd olunmasını, Dövlət Aktında onun adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-196 saylı, 60805028 kod nömrəli Dövlət Aktının ona, yəni Şərifova (Quliyeva) Ayşən Aqil qızına məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxanımasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Şərifova (Quliyeva) Ayşən Aqil qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1994cü il tarixdə anadan olmuş və hazırda Ağcabədi rayonunun Qiyamadınlı kəndində yaşayır. O, 2012-ci ilin noyabr ayında X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və Şərifova soyadını qəbul etmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullaının istehsalı üçün 1.88 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-196 saylı, 60805028 kod nömrəli Dövlət Aktı verilmişdir. X12 adı Ayşən olmasına baxmayaraq, səhvən Aytən kimi qeyd edilmişdir. Ona məxsus bütün digər sənədlərdə onun adı Ayşən kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 saylı qəran ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-196 saylı, 60805028 kod nömrəli Dövlət Aktının ona, yəni Şərifova (Quliyeva) Ayşən Aqil qızına məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxanlmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X13 15 iyul 1972-ci il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X9 1939cu il tarixdə Ağcabədi rayonun, Hacılar kəndində anadan olmuş, hazırda da həmin ərazidə yaşayır.. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi X1 şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 167 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 601.3 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə ərizəçi X2 ata adı Məmməd əvəzinə səhvən Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1997-cii il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçi X3 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X11, X4, X7 və X8 adlarına Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.88 hektar pay torpaq sahəsi ilə əlaqədar 23 iyun 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə JN-196 saylı, kod 60805028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X14 qeydinin Şərifova (Quliyeva) Ayşən Aqil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-801/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-801/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver