Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-831/2023 15.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.21 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0084 saylı, 60801004 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi soyadı, adı, ata adı və cinsi səhvən X1 qeyd edilməsini, halbuki bütün sənədlərdə onun soyadı, adı, ata adı və cinsi Ərizəçi kimi qeyd edilməsini, Dövlət Aktında onun soyadı, adı, ata adı və cinsinin düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0084 saylı, 60801004 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək həmin məsələni məhkəmədən kənar qaydada Ağcabədi regional «Asan xidmət» mərkəzində həll etməsini, ona görə də ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizənin və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-831/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-831/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver