Məhkəmə qərarları › İş №2(017)-834/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-834/2024

20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-834/2024 20.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdehnə qarşı 05 iyun 2023-cü il tarixli, №5043461 saylı aktın hesablanmış 172.80 manat məbləğində cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdehnə qarşı 05 iyun 2023-cü il tarixli, №5043461 saylı aktın hesablanmış 172.80 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia ərizəsi qərardadın təsviri hissəsində göstərilən əsasa görə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar