Məhkəmə qərarları › İş №2(017)-845/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-845/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-845/2023 31.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı “Khazar SD” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE167779 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı MMC-yə geri qaytarılmasını və 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2023-cü il tarixə 1633,83 manat gecikdirilmiş əsas borc, 96,01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 250,09 manat dəbbə pulu, cəmi 1979,93 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi 29 mart 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2023-cü il tarixə 1976,75 manat gecikdirilmiş əsas, 136,86 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 760,02 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat zərər, 1540 manat ödənilmiş cərimə, cəmi 5211,87 manat borc və 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi 12 may 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2023-cü il tarixə 1413,63 manat gecikdirilmiş əsas, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat zərər, cəmi 2211,87 manat borc və 100,40 rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsi onunla əsaslandıtrılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı “Khazar SD” markalı, **- AZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE167779 ban nömrəli, ağ rəngli avtomobil 18421 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla, 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Ona görə də İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı “Khazar SD” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE167779 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı MMC-yə geri qaytarılmasını və 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2023-cü il tarixə 1633,83 manat gecikdirilmiş əsas borc, 96,01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 250,09 manat dəbbə pulu, cəmi 1979,93 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi 29 mart 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lizinq obyekti olan avtomobil 02 mart 2023-cü il tarixdə şirkətə geri qaytarılmış və "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 798,24 manat ziyan dəyməsi müəyyən edilmişdir. Həmçinin lizinq obyekti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 idarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 1540 manat məbləğində pul ödənmişdir. Ona görə də İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2023-cü il tarixə 1976,75 manat gecikdirilmiş əsas, 136,86 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 760,02 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat zərər, 1540 manat ödənilmiş cərimə, cəmi 5211,87 manat borc və 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı MMC-nin nümayəndəsi 12 may 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən könüllü olaraq 3000 manat məbləğində ödəniş edildiyindən borcun yenidən hesablanması zərurəti yaranmışdır. Ona görə də İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2023-cü il tarixə 1413,63 manat gecikdirilmiş əsas, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat zərər, cəmi 2211,87 manat borc və 100,40 rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edimiş 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır və müqaviləyə əsasən ümümi dəyəri 18421 manat olan 2019-cu il buraxılışlı “Khazar SD” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı,NVAW01HHFKE167779 ban nömrəli, ağ rəngli avtomobil illik 17 % olmaqla 48 aylıq müddətə hər ay 383,77 manat ödənişlə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 12 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2023-cü il tarixə 1976,75 manat gecikdirilmiş əsas, 136,86 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 760,02 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat zərər, 1540 manat ödənilmiş cərimələr, cəmi 5211,87 borcu yaranmışdır. Cavabdeh 30 mart 2023-cü il tarixdə 1000 manat, 11 aprel 2023-cü il tarixdə 800 manat, 25 aprel 2023-cü il tarixdə 1200 manat, cəmi 3000 manat ödəniş etmişdir. Ödənilmiş 3000 manat məbləğdən 1540 manat ödənilmiş cərimələrə, 760,02 manat dəbbə puluna, 136,86 manat gecikdirilmiş mükafata, 563,12 manat gecikdirilmiş əsas məbləğə silinmişdir. 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsi üzrə 02 mart 2023-cü il tarixə Cavabdeh borcu 1413,63 manat gecikdirilmiş əsas, lizinq obyekti olan avtomobilə 798,24 manat dəymiş ziyan, cəmi 2211,87 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı “Khazar SD” markalı, **- AZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE167779 ban nömrəli, ağ rəngli avtomobil 18421 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla, 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrəlizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Həmin Məcəllənin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı lizinq obyektinə dəymiş zərərin ödənilməsini də tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1413,63 manat gecikdirilmiş əsas, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat ziyan, cəmi 2211,87 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir İşdə olan 17 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 100,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, MAS-1281 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 1413,63 manat gecikdirilmiş əsas, lizinq obyekti olan avtomobilə dəymiş 798,24 manat ziyan və ödənilmiş 100,40 manat dövlət rüsumu, cəmi 2312 (iki min üç yüz on iki) manat 27 (iyirmi yeddi) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiənə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar