Məhkəmə qərarları › İş №2(017)-855/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-855/2024

19.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-855/2024 19.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş Zeynalov Məmməd (Mamed) Burzu oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 2V-175 saylı, xx.xx.2022-ci il tarixli, 2V-514 və 2V-515 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53-10301, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Lakin, onun ümumiyyətlə miras əmlakın bölünməsi ilə bağlı heç bir məlumatı olmamış və sonradan ona məlum olmuşdur ki, xeyli saxta hüquq müəyyənedici sənədlər mövcuddur. Belə ki, o arxiv idarəsinə müraciət edərkən onun təsərrüfatbaşına kitabında adının qeyd edilmədiyi bildirilmişdir. Lakin, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, o X11 məxsus təsərrüfatda olmuşdur və oradan ayrılması ilə bağlı heç bir sənəd mövcud deyildir. Daha sonra Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə X1, xx.xx.2022-ci il tarixdə X3 vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcuddur. Qeyd olunan miras əmlaka o və həyat yoldaşı sahiblik etmişlər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 074A saylı, KOD 60806028 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X9, X2, Cavabdeh6, X12 və X10 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində 0,21 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********099 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 1,9298 ha torpaq sahəsinə hüquq sahibi kimi X6, Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh7, X10 və Cavabdeh5 adları qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsinin surətindən görünür ki, X11 Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli, AZ-İ saylı ölüm haqqında şəhadətnaməsindəki X15 qeydinin X11 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,21 ha həyətyanı torpaq sahəsi ilə əlaqədar 15 dekabr 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş JN 074 saylı, KOD 60806028 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindəki Cavabdeh2 Sərixan qızı qeydinin Cavabdeh2, X20 qeydinin Cavabdeh7 və mərhum X18 qeydinin X13 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(017)-123/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı və X14 tərəfindən Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,21 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər İddiaçı və X7 qadağan edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********53-10301 reyestr nönrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 142,80 kv.m sahədən ibarət fərdi yaşayaş evində hüquq sahibi kimi Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh7 və X10 adları qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, X19, Cavabdeh5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (Cavabdeh2 10/35 pay, Cavabdeh3 2/35 pay, X8 2/35 pay, X16 2/35 pay, Cavabdeh4 1/35 pay, Cavabdeh5 1/35 pay, İddiaçı 1/35 pay, Cavabdeh6 8/35 pay və Cavabdeh7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apelliyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(106)-199/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsindən verdiyi pelliyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 22 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, JN 074A saylı, KOD 60806028 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X9, X2, Cavabdeh6, X12 və X10 ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində 0,21 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********099 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışda Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində yerləşən 1,9298 ha torpaq sahəsinə hüquq sahibi kimi X6, Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh7, X10 və Cavabdeh5 adları qeyd edilmişdir. X15 03 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(017)-1375/2021 saylı qətnaməsi ilə X11 Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2015-ci il tarixli, AZ-İ saylı ölüm haqqında şəhadətnamədəki X15 qeydinin X11 məxsus olması faktının müəyyən edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********53-10301 reyestr nönrəli, xx.xx.2022-ci il tarixli çıxarış alınmış, həmin çıxarışda Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən 142,80 kv.m sahədən ibarət fərdi yaşayaş evində hüquq sahibi kimi Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh7 və X10 adları qeyd edilmişdir. Həmin çıxarışa əsasən 02 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, həmin şəhadətnamədə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 qeyd edilmişdir. Həmçinin 23 iyul 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış və həmin şəhadətnamədə 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, X19, Cavabdeh5 qeyd edilmişdir. Bundan sonra, Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (Cavabdeh2 10/35 pay, Cavabdeh3 2/35 pay, X8 2/35 pay, X16 2/35 pay, Cavabdeh4 1/35 pay, Cavabdeh5 1/35 pay, İddiaçı 1/35 pay, Cavabdeh6 8/35 pay və Cavabdeh7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmiş və həmin qətnamə Şirvan Apelliyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(106)-199/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi mirasın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmiş və həmçinin də Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(017)-79/2023 saylı qətnaməsi ilə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş miras əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş Zeynalov Məmməd (Mamed) Burzu oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 2V-175 saylı, xx.xx.2022-ci il tarixli, 2V-514 və 2V-515 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53- 10301, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 03 oktyabr 2015-ci il tarixdə vəfat etmiş Zeynalov Məmməd (Mamed) Burzu oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 2V-175 saylı, xx.xx.2022-ci il tarixli, 2V-514 və 2V- 515 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53-10301, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar