Məhkəmə qərarları › İş №2(017)-866/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-866/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-866/2023 31.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 78,9 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1420,2 manat olan “İSamsung LED TV”, “Sonorus Surefix” almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 28,4 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 340,8 manat olan İMEİ kodu **********32982 “Samsung Galaxy A10” mobil telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə cəmi 1660 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 78,9 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1420 manat olan “İSamsung LED TV”, “Sonorus Surefix” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 19 aprel 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 28,4 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 340,8 manat olan İMEİ kodu **********32982 “Samsung Galaxy A10” mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 fevral 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 78,9 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1420,2 manat olan “İSamsung LED TV”, “Sonorus Surefix” almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 28,4 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 340,8 manat olan İMEİ kodu **********32982 “Samsung Galaxy A10” mobil telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə cəmi 1660 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 05 mart 2022-ci il tarixli, müqaviləyə əsasən 583 manat əsas borc, 58 manat cərimə, 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 10 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 avqust 2020-ci il tarixli, müqaviləyə əsasən 48 manat əsas borc, 4 manat cərimə, 19 aprel 2021-ci il tarixli, müqaviləyə əsasən 53 manat əsas borc, 5 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 110 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140 (bir yüz qırx) manat borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar