Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-889/2024 03.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 may 1999-cu tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, X4 onun dogma anası, mərhum X9 isə nənəsidir. 15 may 1999-cu il tarixdə vəfat etmiş mərhum nənəsi X11 vəfat edənə kimi nəvəsi X16 və onun ailə üzvləri ilə birlikdə bir təsərüfatda yaşamış və Ağcabədi rayon Hacıbədəlli kəndində aqrar islahatlar keçirilən zaman X10 ailə üzvü kimi nənəsi Rozada kənd təsərüfatı təyinatlı pay torpaq sahəsi əldə etmişdir. X5 ölümündən sonra DƏDRX-dən verilmiş çıxarış əsasında ona və digər ailə üzvlərinə məxsus Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən 2.1070 və 0.48 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrində payı qalmışdır. Lakin anası Qəndabın doğum haqqında şəhadətnaməsi olmadığı üçün vaxtında vərəsəlik əldə edə bilməmişdir. Bu səbəbdən də anası İddiaçı mərhum X11 ilə qohumluq münasibətində olmaları barədə ərizə ilə müraciət etmiş və ərizə təmin edilərək Ağcabədi rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə qətnamə çıxarılmışdır. Hazırda həmin miras torpağı vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün anası X13 “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, anasına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 14 mart 1999cu il tarixli, 435 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Mərhum nənəsi X14 İsmayılovadan başqa heç bir vərəsəsi qalmayıbdır. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum nənəsi X2 miras qalmış torpaq paylarına anası Qəndabın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahat verərək göstərdi ki, İddiaçı onun bibisi, mərhum X11 isə nənəsidir. Nənəsi Roza onunla birlikdə yaşamış və təsərüfatları birgə olmuşdur. Mərhum nənəsi Roza Murtuzova xx.xx.1999-cu il tarixdə vəfat etmiş və onun Qəndabdan başqa vərəsəsi qalmayıbdır. DƏDRX-dən verilmiş çıxarışda adları göstərilənlər onun ailə üzvləridir. Roza Murtuzovadan miras qalmış torpaq sahələri Qəndabın istifadəsindədir və bununla bağlı nə onun nədə ailə üzvlərinin heç bir etirazları yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, X7, X16 və onun ailə üzvlərinə Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən 2.1070 və 0.48 ha kənd təsərüfatı təyinatlı torpaq sahələri verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 may 1999-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(017)-133/2024 saylı qətnaməsin surətindən görünür ki, 15 may 1999-cu il tarixdə vəfat etmiş mərhum X5 İddiaçı anası olması faktı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilmiş 15 mart 2024-cü il tarixli, 192 saylı arayışdan görünür ki, İddiaçı X5 yeganə varisidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 14 mart 2024-cü il tarixli, 435 saylı məktubundan görünür ki, İddiaçı Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək anası X5 15 may 1999-cu il tarixdə vəfat etdiyini, ondan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X11 15 may 1999-cu il tarixdə vəfat etmiş və ondan Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən 2.1070 və 0.48 ha kənd təsərüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 15 may 1999-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən 2.1070 və 0.48 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 15 may 1999-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən 2.1070 və 0.48 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-889/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-889/2024
03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver