Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-894/2023 05.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağalarova (Seyidəliyeva) Gülbikə Yaqub qızı, Əsədova (Seyidəliyeva) Vəfa Yaqub qızı, Ərizəçi5 və Ərizəçi6 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Ağcabədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağalarova (Seyidəliyeva) Gülbikə Yaqub qızı, Əsədova (Seyidəliyeva) Vəfa Yaqub qızı, Ərizəçi5 və Ərizəçi6 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdılar. Göstərilən mülki işin məhkəmə baxış iclası 05 may 2023-cü il tarixə, saat 10:15-ə Ağcabədi rayon Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağalarova (Seyidəliyeva) Gülbikə Yaqub qızı, Əsədova (Seyidəliyeva) Vəfa Yaqub qızı, Ərizəçi5 və Ərizəçi6 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamı saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət Ərizəçi1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ağalarova (Seyidəliyeva) Gülbikə Yaqub qızı, Əsədova (Seyidəliyeva) Vəfa Yaqub qızı, Ərizəçi5 və Ərizəçi6 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxlmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-894/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-894/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver