Məhkəmə qərarları › İş №2(017)-900/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-900/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-900/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Qəhrəmanov Hatəm Həsrət oğlunun iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.10 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 219 saylı, 60807018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi1 adı Nuşirəvan olmasına baxmayaraq, səhvən Nuşrəvan kimi, Ərizəçi2 adı Hatəm əvəzinə səhvən Hətəm kimi və mərhum anası X1 Qəhrəmanova əvəzinə, səhvən Əliyeva kimi qeyd edilməsini, anası X9 2001-ci ilin oktyabr ayının 8-də vəfat etməsini, halbuki bütün sənədlərdə onların adının düzgün qeyd edilməsini, Dövlət Aktında onların adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-219 saylı, 60807018 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2 və mərhum X15 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1960-cı i tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 3.10 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 adı Nuşirəvan olmasına baxmayaraq, səhvən Nuşrəvan kimi, Ərizəçi2 adı Hatəm əvəzinə səhvən Hətəm kimi və mərhum anası X1 Qəhrəmanova əvəzinə, səhvən Əliyeva kimi qeyd edilmişdir. Mərhum anası X21 08 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1 və Ərizəçi2 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 24 06 1981-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndinə anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşaır. İş materiallarında olan JN-219 saylı, 60807018 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X16, X3, X24, X17, X10, X7, X18 və X19 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-219 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X2 dəyişdirilərək Ərizəçi1 kimi, X23 dəyişdirilərək X4 və X11 dəyişdirilərək Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli, 213 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Hüsülü kənd sakinləri Ərizəçi1 ilə JN 219 saylı, 60807018 kod nömrəli Dövlət Aktında göstərilən X5, X22 ilə Ərizəçi2 və mərhum X27 ilə X21 eyni şəxsdirlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 08 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun Hüsülü kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş 3.10 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 adı Nuşirəvan olsada səhvən Nuşrəvan kimi, Ərizəçi2 adı Hatəm olmasına baxmayaraq, səhvən Hətəm kimi və mərhum X1 Qəhrəmanova əvəzinə səhvən Əliyeva kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2 və mərhum X15 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X12, X2, X23, X11, X8, X6, X13 və X14 adlarına Ağcabədi rayonunun Hüsülü kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,10 hektar torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-219 saylı, kod 60807018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X5 qeydinin Ərizəçi1, X22 qeydinin Ərizəçi2 və mərhum X27 qeydinin X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar