Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-903/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavid onun qardaşıdır o, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2020-ci il tarixli 210397 nömrəli akt əsasında 2071,64 manat, xx.xx.2023-cü il tarixli 298034 nömrəli akt əsasında 151,32 manat, xx.xx.2023-cü il tarixli 314136 nömrəli akt əsasında 38,11 manat borc yazmışdır. Həmin aktların yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktlarda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, abonent göstərilən tarixlərdə kənar xətt vasitəsi ilə elektrik şəbəkəsinə qanunsuz qoşulmuşdur. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli R 210397 nömrəli akt tərtib edilərək hesabat aparılmışdır. Həmin hesabata əsasən: 3,19 kvt x 24 saat x 0,7 x 377 gün = 20204 kvts Tarif (-3770 kvts x 0,07 manat = 263,90 manat, Tarif (-16434 kvts x 0,11 manat = 1897,74 manat Cəmi: 2071,74 manat. xx.xx.2023-cü il tarixli 298034 nömrəli akt tərtib edilərək hesabat aparılmışdır. Həmin hesabata əsasən: 0,77 kvt x 24 saat x 0,7 x 90 gün = 1164 kvts Tarif (-1164 kvts x 0,13 manat = 151,32 manat, Cəmi: 151,32 manat. xx.xx.2023-cü il tarixli R 314136 nömrəli akt tərtib edilərək hesabat aparılmışdır. Həmin hesabata əsasən: 0,7 kvt x 24 saat x 0,7 x 72 gün = 846,72 kvts Tarif (-480 kvts x 0,08 manat = 38,40 manat, Tarif (-240 kvts x 0,09 manat = 21,60 manat, Tarif (-127 kvts x 0,13 manat = 16,51 manat, Cəmi: 76,51 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ümumi ziyan kimi 20171,64 manat +151,32 manat + 76,51 manat = 2299,47 manat dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də iddiaçı barəsində tərtib olunmuş aktlar mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar üzrə hesablanmış cərimənin silinməsi tələbi qanunsuz və əsasız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 210397 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00017 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent aşkar olundu ki, sayğacı alt qapağı və dövlət möhüründə müdaxilə izləri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 298034 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00017 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 314136 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00017 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın alt prifi tam yanaraq yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00017 olan İddiaçı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2020-ci il tarixli 210397 nömrəli akta əsasən 2071,64 manat, xx.xx.2023-cü il tarixli 298034 nömrəli akta əsasən 151,32 manat və xx.xx.2023-cü il tarixli 314136 nömrəli akta əsasən 76,51 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixli 210397 nömrəli, xx.xx.2023-cü il tarixli 298034 nömrəli və xx.xx.2023-cü il tarixli 314136 nömrəli aktlar tərtib olunmuşdur. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00017 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacın alt qapağı və dövlət möhüründə müdaxilə izləri, əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi və sayğacın alt prifi tam yanaraq yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2020-ci il tarixli 210397 nömrəli, xx.xx.2023-cü il tarixli 298034 nömrəli, xx.xx.2023-cü il tarixli 314136 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 1-ci akt üzrə 377 gün, 2-ci akt üzrə 90 gün və 3-cü akt üzrə 72 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 377, 90 və 72 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yəni, 3,19 kvt x 24 saat x 30 gün = 2296,8 kvts x 0,11 manat = 252,65 manat, 0,77 kvt x 24 saat x 30 gün = 554,4 kvts x 0,13 manat = 72,07 manat, 0,70 kvt x 24 saat x 30 gün = 504 kvts x 0,09 manat = 45,36 manat olmaqla, cəmi 370,08 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00017 abunəçiyə xx.xx.2020-ci il tarixli 210397 nömrəli akt əsasında 252,65 manat, xx.xx.2023-cü il tarixli 298034 nömrəli akt əsasında 151,32 manat, xx.xx.2023-cü il tarixli 314136 nömrəli akt əsasında 76,51 manat olmaqla, cəmi 370,08 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq həmin 3 akt üzrə hesablanmış ümumilikdə cəmi 2299,47 manatın 1929,39 manat (2299,47 manat – 370,08 manat) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00017 olan abunəçiyə (İddiaçı) xx.xx.2020-ci il tarixli 210397 nömrəli, xx.xx.2023-cü il tarixli 298034 nömrəli və xx.xx.2023-cü il tarixli 314136 nömrəli aktlara əsasən hesablanmış 2299,47 manat sərfiyyatın 1929,39 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-903/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-903/2025
29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver