Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-905/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi1en iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5.20 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 135 saylı, 60808028 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi1 soyadı Kazımova olmasına baxmayaraq, səhvən Kazımov kimi, adı Vüsal əvəzinə səhvən Vüsalə kimi, cinsi oğlu əvəzinə səhvən qızı kimi və bibisi Həziyeva Kazımova) Mahirə Həmid qızının adı Mahirə əvəzinə səhvən Şahidə kimi qeyd edilməsini, bibisi Ərizəçi2 1995-ci ildə X12 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və nikahdan sonra Həziyeva soyadını qəbul etməsini, halbuki bütün sənədlərdə onların, soyadları, adı və cinsi düzgün qeyd edilməsini, Dövlət Aktında onların soyadlarının, adının və cinsinin düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-135 saylı, 60808028 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Həziyeva (Kazımova) Mahirə Həmid qızına məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1995-ci i tarixdə anadan olmuş və hazırda Ağcabədi rayonunun Aran kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 5.20 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 soyadı Kazımova olmasına baxmayaraq, səhvən Kazımov kimi, adı Vüsal əvəzinə səhvən Vüsalə kimi, cinsi oğlu əvəzinə səhvən qızı kimi və bibisi Həziyeva Kazımova) Mahirə Həmid qızının adı Mahirə əvəzinə səhvən Şahidə kimi qeyd edilmişdir. Bibisi Ərizəçi2 (Kazımova) 1995-ci ildə X12 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və nikahdan sonra Həziyeva soyadını qəbul etmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1 və Həziyeva (Kazımova) Mahirə Həmid qızına aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəməyə teleqram göndərərək ərizəni müdafiə etdiyini, səhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Aran kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1975-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinə anadan olmuş, hazırda Ağcabədi rayonunun Aran kəndində qeydiyyatda olmaqla yaşaır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X17 arasında nikah 06 sentyabr 1995-ci il tarixdə 14 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan JN-135 saylı, 60808028 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X18, X9, X13, X19, X20, X3, X4, X6 və X10 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,20 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 13 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-135 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X7 dəyişdirilərək Həziyeva (Kazımova) Mahirə Həmid qızı kimi və X8 dəyişdirilərək Ərizəçi1 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Aran kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 85 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Aran kənd sakinləri Ərizəçi2 ilə JN 135 saylı, 60808028 kod nömrəli Dövlət Aktında göstərilən X21 və X22 ilə Ərizəçi1 eyni şəxsdirlər. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun Aran kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 5.20 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 soyadı Kazımov olsada səhvən Kazımova, adı Vüsal əvəzinə səhvən Vüsalə, cinsi oğlu əvəzinə səhvən qızı kimi və Ərizəçi2 adı Mahirə olmasına baxmayaraq səhvən Şahidə kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1 və Həziyeva (Kazımova) Mahirə Həmid qızına məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X14, X7, X11, X15, X16, X1, X2, X5 və X8 adlarına Ağcabədi rayonunun Aran kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 5,20 hektar torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-135 saylı, kod 60808028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X21 qeydinin Həziyeva (Kazımova) Mahirə Həmid qızına və X22 qeydinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-905/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-905/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver