Məhkəmə qərarları › İş №2(017)-910/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-910/2023

11.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-910/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 saylı aktın ləğv edilməsi və hesablanmış 399 manat 23 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı onun adınadır. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 18 oktyabr 2022-ci il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən sayğacın üst şüşəsində deşik olması aşkar edilmişdir. Sayğacın yoxlanılması barədə 18 oktyabr 2022-ci il tarixdə AKT R 276393 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən İddiaçı 399 manat 23 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda göstərilir ki, guya abonent tərəfindən sayğacın üst şüşəsində deşik olması faktı aşkar olunmuşdur. Uşağı xəstə olduğu üçün o, çox vaxt Bakı şəhərində qohumlarının evində qalır və uşağını müalicə elətdirir. Lakin gələndən sonra bilmişdir ki, onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan hesabat aparılaraq 399 manat 23 qəpik məbləğində cərimə yazıblar. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağının iflic xəstəsi olduğunu, mütamadi müalicə olunduğu üçün Bakı şəhərində qohumlarının evində qalaraq onların maddi köməkliyi ilə uşağını müalicə etdirdiyini və sayğaca heç bir müdaxilə etmədiyini bildirib, məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 saylı aktdan görünür ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın üst şüşəsində deşik olması müdaxiləlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən göndərilmiş aktın ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair etiraz ərizəsindən görünür ki, o, iddiaya qarşı etirazını bildirir. 18 oktyabr 2022-ci il tarixdə Ağcabədi şəhəri Qarabağ küçəsi 265 saylı ünvanda yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan sayğacın üst şüşəsində deşik olması faktı aşkar olunmuş və bu isə «EEİQ-nın 7.6, 8,17-ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 saylı akt tərtib edilərək 1,1 kvt x 0,7 x 24 saat x 180 gün = 3326kvts, tarif -1200 kvts x 0,08 man. = 96.00 man. tarif - 600 kvts x 0,09 man. = 54.00 man. tarif - 1526 kvts x 0,13 man. = 198.38 man. cəmi 348 manat 38 qəpik məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 3326 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. İddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 saylı aktın ləğv edilməsi və hesablanmış debitor borcunun silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Həsənova X1 şəhərində yaşayır. O, öz evində yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlıvaxtında da işıq pulunu ödəyib. Buna baxmayaraq sayğacın üst şüşəsində deşik olması aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı adına məxsus olan fərdi yaşayış evinin sayğacına tərtib olunmuş 18 oktyabr 2022ci il tarixli, AKT R 276393 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 399 manat 23 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq hesablanmış uzun müddətə deyil, 1.1 kvt x 0.7 x 24 saat x 30 gün = 554 kvts x 0.08 man.=44 manat 35 qəpik hesablanaraq itirilmiş enerjiyə görə 44 manat 35 qəpik məbləğində cərimə saxlanılmalı və 354 manat 88 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 18 oktyabr 2022-ci il tarixli, AKT R 276393 nömrəli akta əsasən hesablanmış 399 manat 23 qəpik cərimədən 354 manat 88 qəpik məbləğində hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar