Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-930/2023 18.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tərtər X4 idarəsinə qarşı 31 yanvar 2023-cü il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi şəhərində ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evində istifadə edilən qaz sayğacı onun adınadır. Ağcabədi şəhərində olan yaşayış evində qaz çəkilən vaxtdan son illərə kimi qazdan istifadə etmiş və qaza görə heç bir borcu olmamışdır. Onun istifadəsində olan qaz sayğacına «Azəriqaz» X3 X4 idarəsinin Ağcabədi Xidmət Sahəsinin əməkdaşları tərəfindən heç bir təqsiri olmaya-olmaya onun adına olan qaz sayğacına görə ona 31 yanvar 2023-cü il tarixli, AKT-0352814 saylı akt yazılmışdır. Həmin akt guya sayğacın çıxış plastmas borusunun deşilməsi ilə bağlı yazılmışdır. Lakin nə onun, nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun adına olan qaz sayğacı evin hasarından çöldə quraşdırılmışdır. Onlar tərəfindən sayğac həmişə qorunmuş, heç bir müdaxilə edilməmişdir. Lakin buna baxmayaraq Tərtər X4 idarəsi məsələni düzgün araşdırmadan 31 yanvar 2023-cü il tarixli, AKT ******* saylı akt əsasında onun üzərinə 1.036 manat 80 qəpik məbləğində cərimə yazmışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də Tərtər RQİİ-ti tərəfindən yazılmış 31 yanvar 2023-cü il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək 2022-ci ilin iyul ayında ünvan 1 ünvanda yerləşən evi aldığını, həmin Evin qaz sayğacının plombunun qırıldığını görüb, bununla bağlı qaz idarəsinə məlumat verdiyini, qaz idarəsinin işçiləri tərəfindən sayğacın yenisi ilə əvəz olunduğunu, lakin sonradan evin yandığını, həmçinin çox vaxtlar atası evində yaşadığını, arabir həmin evdə qaldığını bildirib, məhkəmədən iddianın təmin olunmasını və cərimənin silinməsini xahiş etdi . Cavabdeh Tərtər RQİİ-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş və hazırda ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan «Azəriqaz» İB Tərtər RQİİ Ağcabədi XS-si tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, AKT ******* saylı aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacın çıxış plastmas borusunun deşilməsi ilə bağlı dəymiş ziyan məbləği abunəçi tərəfindən ödənilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı qazdan istifadə borcu, 2023-ci ilin yanvar ayında akt üzrə 1.036 manat 80 qəpik məbləğində borcu vardır. İş materiallarında olan Tərtər X4 idarəsinin rəisi A.Muxtarov tərəfindən 31 yanvar 2023-cü il tarixdə təsdiq edimiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 31 yanvar 2023-cü il tarixli, 14-2-2/3-5-341-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 8640 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. Aktdan göründüyü kimi iddiaçının sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 4 x 24 x 90 = 8640 kub.metr x 0,12 manat = 1036,80 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 12 x 30 = 1440 kub.metr x 0,12 manat = 172 manat məbləğində hesablanmalıdır. Ona görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, AKT ******* nömrəli akt əsasında hesablanmış 1036 manat 80 qəpik cərimənin 864 manat 80 qəpik hissəsi silinməli və 172 manat hissəsi saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. «Azəriqaz» İB Tərtər X4 İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi 31 yanvar 2023-cü il tarixli, AKT ******* nömrəli akt əsasında **********00360 nömrəli abonent İddiaçı hesablanmış 1036 manat 80 qəpik cərimənin 864 manat 80 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-930/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-930/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver