Məhkəmə qərarları › İş №2(017)-953/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-953/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-953/2023 28.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək JN 185 kod 60801004 nömrəli dövlət aktının onlara, X4 və X5 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə etdi və izahatında göstərdi ki, torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə (5 nəfərdən ibarət ailə üzvlərinə) 3,02 ha torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə texniki səhv olaraq hüquq sahiblərindən onun adı Ərizəçi1 əvəzinə “X6”, arvadının adı “Ərizəçi2” əvəzinə “X7”, qızının adı Ərizəçi3 əvəzinə “X2”, mərhum oğlanları Xəlil və Cəlilin soyadı “Səyfətov” əvəzinə “Seyfətov” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktında mülkiyyətçi kimi 5 nəfərin adı, o cümlədən X8, X7, X2, X10 və X3 adları yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və İ-UZ 215638 nömrəli doğum şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə anadan olmuş, Ağcabədi şəhəri, N.Abdullayev küçəsi ev 146-da qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və İ-ÇJ 438444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1973-cü il tarixdə anadan olmuş, Ağcabədi şəhəri, X.Səfərəliyev küçəsi ev 146-da qeydiyyatdadır. İş materiallarında olan XVİİİ-jq 388979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. İş materiallarında olan AZ-İ 445071 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İV-jq 487744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktı sənədində hüquq sahiblərindən X8, X7, X2, X10 və X3 adları müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X11 və X1 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X11 və X5 məxsus olması ərizəçilərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktının 5 nəfərə, o cümlədən Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X11 və X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 185 kod 60801004 nömrəli dövlət aktının 5 nəfərə, o cümlədən Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X11 və X5 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar