Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-971/2023 16.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 və İddiaçı iştirakı ilə İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atası X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Atasından Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsi ev 268-də yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atasından miras qalmış əmlakla əlaqədar hüquqi savadı olmadığına görə vərəsəlik şəhadətnaməsi almaq üçün vaxtında notariusa müraciət etməmişdir. Mirasın kütləsinə daxil olan əmlakı faktiki qəbul etsə də öz adına sənədləşdirməmiş, həmin miras əmlakı sənədləşdirmək istəyərkən ona notarius ofisindən mirasın qəbulu üçün ölən şəxsin ölüm günündən üç ay müddət ərzində mirasın qəbulu üçün müraciət etmək hüququ izah edilmiş və itirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsi ev 268-də yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X3r. İş materiallarında olan AZ-İ 224038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı atası X3r. İş materiallarında olan AZ-İİ 114325 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 131 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəlik işi ilə əlaqədar İddiaçı xx.xx.2023-cü il tarixdə ofisə olunmuş müraciəti ilə əlaqədar müəyyən olunmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar təqdim olunmamışdır. Ona görə də ona itirilmiş müddətin bərpa olunaraq mirasdan pay almaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çanası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və anası, babanın anası və anası. Nənənin anası və anası, babanın anası və anası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1 və 1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çanası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 Ağcabədi şəhəri, Eldəniz Sadıqov küçəsi ev 268də yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçı mərhum X2 oğlu olmaqla birinci növbə vərəsəsidir. İddiaçı üzrlü səbəbdən notarius ofisinə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində ərizə verməmiş, ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notarius ofisinə müraciətin gecikdirilməsi üzrlü sayılmalı, İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-971/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-971/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver