Məhkəmə qərarları › İş №2(017)-98/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-98/2023

26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-98/2023 26.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq hesablanmış sərfiyyata görə yaranmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq hesablanmış sərfiyyata görə yaranmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Şahsevən kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz olaraq 2022-ci ilin aprel-may aylarında elektrik sayğacı ilə bağlı ona artıq enerji sərfiyyatı hesablanmış, artıq elektrik enerjisi sərfiyyatına görə 366,55 manat borc yazılmışdır. Yaranmış vəziyyətlə əlaqədar X1 ərizə ilə müraciət etmiş, 14 may 2022-ci il tarixli akta əsasən ona məxsus sayğac yenisi ilə əvəz edilmişdir. Dəyişdirilmiş sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 24 may 2022-ci il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokoluna əsasən ona məxsus sayğacda heç bir qüsur aşkar edilməmişdir. Ona görə də "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsasız və qanunsuz olaraq ona artıq elektrik sərfiyyatına görə hesablanmış 366,55 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, həmin etirazında göstərmişdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na (bundan sonra “EQQQ”) tələblərinə uyğun olaraq iddiaçının yaşadığı ev elektrik sayğacı ilə təmin olunmuş, iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğac göstəricisinə uyğun aparılmışdır. İddiaçı (iddiaya qarışı etirazda iddiaçının soyadı Ağayeva kimi qeyd edilmişdir) barəsində olan ödəniş və sərfiyyatı haqqında məlumatdan görünür ki, yaranmış borc onun həmin dövrdə sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcimdə ödəməməsi səbəbindən yaranmışdır. Yaranmış borc iddiaçı tərəfindən sayğaca və uçot komplektinə hər hansı müdaxilənin edilməsinə görə cərimə və ya hər hansı başqa cəzalandırıcı tədbir kimi deyil, sırf istehlakçının faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödənilməməsi səbəbindən yaranmışdır. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı barəsində əsasız və qanunsuz olaraq artıq elektrik sərfiyyatına görə yazılmış 365,55 manat borcun silinməsi tələbinə onun iştirakı olmadan baxıb təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş 256437 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00048 olan abunəçinin ərizəsinə əsasən elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı özözünə kvt/saat qeyd edir İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı tərəfindən tərtib edilmiş "məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında" 140352 nömrəli protokolunun surətindən görünür ki, abunə kodu **********00048 olan abunəçi İddiaçı məxsus 03728959 nömrəli sayğac 256437 nömrəli akta əsasən yeni tipli 32375865 nömrəli sayğacla əvəz olunmuş, çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin protokolda sayğacda olan qüsur barədə heç nə qeyd olunmamışdır. İş materiallarına əlavə edilmiş 24 may 2022-ci il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə 238454 nömrəli protokolun surətindən görünür ki, abunə kodu **********00048 olan İddiaçı məxsus 03728959 nömrəli sayğac laboratoriya yoxlamasından keçirilmiş, həmin sayğacda heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən abunə kodu **********00048 olan abunəçi İddiaçı məxsus 03728959 nömrəli sayğac 256437 nömrəli akta əsasən yeni tipli 32375865 nömrəli sayğacla əvəz olunmuş, çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin protokolda sayğacda olan qüsur barədə heç nə qeyd olunmamışdır. Həmin sayğac laboratoriya yoxlamasından keçirilmiş, həmin sayğacda heç bir qüsur aşkar edilməmişdir. Buna baxmayaraq abonentə artıq elektrik sərfiyyatına görə 365,55 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacına elektrik sərfiyyatına görə hesablanmış 365,55 manat uzun müddət üçün, yəni hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Ona görə də məhkəmə sayğacın öz-özünə kvt saat qeyd etdiyi müddəti mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00048 olan abunəçiyə bir aylıq orta sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 366,55 manatın 326,55 manat (366,55 – 40) hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00048 olan abunəçiyə (İddiaçı) hesablanmış cəmi 366,55 manat sərfiyyatın 326,55 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar