Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-986/2023 25.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, A 307963 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və həmin sənədin adlı siyahısında “X13” qeydinin mərhum əri X12, “X3” qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon AİK-nın 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən ona və ailə üzvlərinə 1201,36 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair A 307963 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmiş, X11 kitabında uçota alınmışdır. A 307963 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədində və həmin sənədin adlı siyahısında mərhum əri X9 adı X4, onun adı -Ərizəçi əvəzinə X1 yazılaraq yanlışlığa yol verilmişdir. Bu da miras qalmış torpaq sahəsinin sənədləşdirilməsində bir sıra çətinliklər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, A 307963 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və həmin sənədin adlı siyahısında “X13” qeydinin mərhum əri X12, “X3” qeydinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 307963 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin surətindən görünür ki, Ağcabədi rayon AİK-nın 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən X10 Ağcabədi şəhəri ərazisindən 1201,36 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair A 307963 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmişdir. Həmin sənədin adlı siyahısında 3 nəfərin, o cümlədən X13 və X2 adları yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, AZ ******* nömrəli doğum və İV-jq 305977 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, xx.xx.1987-ci il tarixdə X14 ilə nikaha daxil olduqdan sonra ona Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 759967 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, sözü gedən torpaq sahəsinə aid A 307963 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahısında hüquq sahiblərindən X8 dəyişdirilərək X5, X2 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, Ağcabədi rayon AİK-nın 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ərizəçi və ailə üzvlərinə Ağcabədi şəhəri ərazisindən 1201,36 kv.metr həyətyanı torpaq sahəsi verilməsi, buna dair A 307963 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd tərtib olunması, A 307963 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və həmin sənədin adlı siyahısında “X13” qeydinin mərhum X12, “X3” qeydinin Ərizəçi məxsus olması ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilə adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, A 307963 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və həmin sənədin adlı siyahısında “X13” qeydinin mərhum X12, “X3” qeydinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. A 307963 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və həmin sənədin adlı siyahısında “X13” qeydinin mərhum X12, “X3” qeydinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-986/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-986/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver