Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-994/2023 16.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X11 onun anasıdır və 1939-cu ildə Ağcabədi rayonunda doğulmuşdur. Lakin, anasının doğumu haqqında qeyd Maraqlı şəxsndə və Milli Arxiv idarəsində aşkar edilməmişdir. Anası 19 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. Anasının anası, yəni X2 ölənə kimi Ağcabədi rayonunda onlarla birlikdə bir təsərrüfatda yaşamışdır. X6 01 mart 2010-cu il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Nənəsi Çiçək anası ilə birlikdə ailənin üzvü kimi yaşadığından Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə 1998-ci ildə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 03 noyabr 2022-ci il tarixli mülkiyyət hüququna dair çıxarış da verilmiş, həmin çıxarışda torpağın mülkiyyətçisi kimi 7 nəfərin, o cümlədən anası X7 və X2nın da adı qeyd edilmişdir. Nənəsindən miras qalmış torpağın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün Ağcabədi rayon Notariat Kontoruna müraciət etmiş, Çiçəyin onun nənəsi və anası X7 da Çiçəyin qızı olması barədə sənəd tələb olunmuşdur. Tələb olunan sənədi əldə etmək üçün Ağcabədi rayon Dövlət Arxivinə müraciət etmiş, lakin ona anasının doğum akt qeydinin tapılmaması barədə arayış təqdim olunmuşdur. Ona görə də ona və ailə üzvlərinə verilmiş pay torpaq sahələrinin mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilməsi üçün, mərhum nənəsi Çiçəyin onun nənəsi və mərhum X7 da Çiçəyin qızı olması faktının müəyyən edilməsi və onlar arasında qohumluq münasibətinin olması faktı müəyyən edilməsi zəruridir. Göstərdiklərini nəzərə alaraq X3 onun nənəsi olması və onunla qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun doğma qardaşıdır. X1 onun nənəsi və mərhum anası X7 anası olmuşdur. X2 ölənə kimi eyni təsərrüfatda olmaqla onlarla bir yerdə, yəni nəvəsi Ərizəçi yanında yaşamış, 01 mart 2010-cui il tarixdə Ağcabədi rayonunda vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X9 şahid X8 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə doğulmuş və Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 fevral 2023-cü il tarixli arayışdan görünür ki, hal-hazırda Təzəkənd kəndində yaşayan Cəfərov X10 rayonunun Təzəkənd kəndində yaşamış və 01 mart 2010-cu il tarixdə vəfat etmiş X4 nəvəsidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 noyabr 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində Ərizəçi, X14, X11, X17, X15, X13 və X4 ümumi birgə mülkiyyətində 0,5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 dekabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X6 01 mart 2010-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X7 doğum haqqında məlumat aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi anası mərhum X11 X1nın qızı olmuşdur. X6 01 mart 2010-cu-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində vəfat etmiş, vəfat etdiyi günə kimi nəvəsi Ərizəçi təsərrüfatında yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 19 noyabr 2016-cı il tarixdə vəfat etmiş X11 01 mart 2010-cu il tarixdə vəfat etmiş X4 qızı olması və X4 Ərizəçi nənəsi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 19 noyabr 2016-cı il tarixdə vəfat etmiş X11 01 mart 2010-cu il tarixdə vəfat etmiş X4 qızı olması və X4 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-994/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-994/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver