Məhkəmə qərarları › İş №2(018)-1014/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1014/2024

28.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1014/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Ərizəçi Astara rayon İH başçısı yanında Qəyyumluq və Himayə komissiyasının şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Astara rayon İH başçısı yanında Qəyyumluq və Himayə komissiyasının şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Astara rayon İH başçısı yanında Qəyyumluq və Himayə komissiyasının sədri Firəngiz Sadıxova ərizə ilə məhkəməyə müraciət edərək 2(018)-1014/2024 nömrəli mülki işlə bağlı ərizələrinin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(018)1024/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.11-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi Astara rayon İH başçısı yanında Qəyyumluq və Himayə komissiyasının şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar