Məhkəmə qərarları › İş №2(018)-1020/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1020/2024

01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1020/2024 01.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qnuni vərəsə olaraq miras əmlakda payının digər vərəsə tərəfindən talan edilərək mənimsənilməsinə, qərəzli şəkildə şəxsi mülkiyyətə və ölmüş şəxsin övladlarına vurulan maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qnuni vərəsə olaraq miras əmlakda payının digər vərəsə tərəfindən talan edilərək mənimsənilməsinə, qərəzli şəkildə şəxsi mülkiyyətə və ölmüş şəxsin övladlarına vurulan maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini və əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh rəsmi qeydiyyat yeri və yaşadığı ünvan ünvan 1ə mənəvi ziyan ilə əlaqədardır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qnuni vərəsə olaraq miras əmlakda payının digər vərəsə tərəfindən talan edilərək mənimsənilməsinə, qərəzli şəkildə şəxsi mülkiyyətə və ölmüş şəxsin övladlarına vurukan maddi və mənəvi ziyana dair iddia ərizəsinə Bakı şəhəri, Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılara iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 266-268ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qnuni vərəsə olaraq miras əmlakda payının digər vərəsə tərəfindən talan edilərək mənimsənilməsinə, qərəzli şəkildə şəxsi mülkiyyətə və ölmüş şəxsin övladlarına vurulan maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar