Məhkəmə qərarları › İş №e-2(075)-2098/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2098/2022

07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2098/2022 07.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X49 qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Firudin oğlunun, Maraqlı şəxs Şəki rayon Qeydiyat şöbəsinin nümayəndəsi X48 oğlunun iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9 onun babası olması, “Rasulu Abdurahman oğlu” adı qeyd edilmiş torpaq qeydinin mərhum X14 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək mərhum X10 Ərizəçi babası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, X24 ilə X1 nikahından anadan olmuş və halhazırda hər iki valideyini vəfat etmişdir. Vərəsəlik işinin açılması, eyni zamanda ünvan 1 ünvanda yerləşən mənzilə və 0.12,56 hektar torpaq sahəsinə dair vərəsəliyin müəyyən edilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” Mərkəzində notariusa müraciət etmiş, bu zaman yaşadığı evin atası Faiq Ağabəy oğlunun mülkiyyətində olması öz təstiqini tapmış, torpaq qeydində isə torpaq sahəsinin babası X15 məxsus olmasına baxmayaraq adının “Rasulu Abdurahman oğlu" kimi qeyd edildiyi ona məlum olmuşdur. Daha sonra babasına məxsus ölüm haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxs1nə müraciət etdikdə ondan qohumluq münasibətini təstiq edən müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Belə olan halda o, Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialına atası mərhum Faiq Ağabəyzadəyə məxsus doğum haqqında şəhadətnamədən arxiv arayışının verilməsi barədə ərizə ilə müraciət etmişdir. 15 mart 2022-ci il tarixli arxiv arayışında isə babasının adının atası Faiq Ağabəyzadənin doğum haqqında qeydində “Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu” kimi yazıldığı ona məlum olmuşdur. O, babasını X5 tanımış, hansı səbəbdən babasının soyadı və ata adının atası mərhum Faiq Ağabəyzadənin doğum haqqında məlumatlarında Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu kimi yazılması, torpaq qeydində “Rəsulu Abdurahman oğlu" qeyd edilməsi ona məlum deyil. Ona məlumdur ki, ulu babasının əsil adı Abdurrahman, təxəllüsü isə Ağabəy olmuşdur. Hal-hazırda da soyadları Ağabəyzədə olaraq davam edir. 27 dekabr 1932-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin və X28 qərarı ilə eyni vaxtda SSRİ NQÇİ yanında Fəhlə-Kəndli Milis Baş İdarəsi yaradılmış və ona Sovet ittifaqında vahid pasportun tətbiqi funksiyaları həvalə edilmişdir. Ola bilər ki, həmin dövrdə pasportlar olmadığından atasının doğum haqqında məlumatlarında babasının adı Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu kimıi qeyd edilmiş, daha sonra isə babasının adı X5 qeydiyyata alınmışdır. 1949-cu ildə qeydə alınmış evlər kitabında ərizəçinin babası X20, nənəsi X23, bibisi X16, əmisi X45, digər bibisi X11, atası isə X4 qeyd edilmişdir. Beləlikdə ərizəçinin babasının adı, soyadı, ata adı 1949-cu ildə açılmış ev dəftərində “X20”, torpaq qeydində “Rasulu Abdurahman oğlu” Milli Arxiv idarəsi Respublika Dövlət Arxivinin Şəki Filialının 15 mart 2022-ci il tarixli arxiv arayışında isə “Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu” kimi qeyd edilmişdir. Bütün qeyd edilmiş hallardan və ərizəyə əlavə etdiyi sübutlardan da görünür ki, mərhum X25 ilə Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu eyni şəxsdir və ərizəçinin babasıdır. 0.12,56 ha torpaq sahəsi isə babasının mülkiyyətində olmuş və adı “Rasulu Abdurahman oğlu” kimi qeyd edilmişdir. Bu halı ünvan 2 ünvanda yaşayan 12 aprel 1940-ci il təvəllüdlü X26 və ünvan 3 ünvanda yaşayan 25 iyun 1937-cı il təvəllüdlü X30 da təstiq edə bilər. Bundan əlavə o, xx xxxxxx 1990-cı ildə ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ona görə də hesab edir ki, babasının mülkiyyətində olan 0.12,56 hektar torpaq sahəsinə dair onun notarial qaydada vərəsəliyin müəyyən edilməsi məqsədilə mərhum X6 ərizəçinin babası olması faktı məhkəmə tərəfindən tanınmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyat şöbəsinin nümayəndəsi X34 ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirdi və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X30 bildirmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayır. Elşənin atası Faiq onun qardaşı ilə bir oxuyublar. Ona görədə həmin ailəni yaxşı tanıyır. Faiqin anası Hənifəni və atası Rəsul bəyi də sağlıqlarında görmüşdür. Onlar bəy nəslidirlər. Hesab edir ki, Rəsul kişiyə də ona görə Rəsul bəy deyiblər. Rəsul bəyin özünü, yoldaşı Hənifəni, övladları Rəcəbi, Öməri, Faiqi, Sayalını, Zəhranı görübdür. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Rəsul kişini tanıyıb. Belə ki, onlar qonşu olublar. Faiq Rəsul kişinin oğlu, Elşən isə nəvəsidir. Onlara Ağabəylər deyillər. Rəsul kişi rəhmətə gedəndə onun 7-8 yaşı olub. Rəsul kişinin yoıdaşı Hənifə, oğlu Faiq, qızları Sayalı, Zəhradı. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1990-cı il tarixdə anadan olmuş Ərizəçi atası X24, anası isə X3r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 01 oktyabr 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş X7 adına 10 iyun 1949-cu ildə açılmış ev dəftərinin (təsərrüffat başı kitab) surətindən görünür ki, X21 ilə yanaşı həmin evdə X24, X2 Rəcəb Rasul , X46 və s. ailə üzvləri qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş X8 adına 05 sentyabr 1956-cı ildə açılmış ev dəftərinin surətindən görünür ki, X24 və Ərizəçi həmin evdə qeydiyyatda olmuşlar. İş materiallarına əlavə edilmiş 14 yanvar 1935-ci il tarixli torpaq qeydinin surətindən görünür ki, Rasulu Abdurahman oğlunun mülkiyyətində 0.12,56 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 1966-cı il tarixli mülkiyyət hüququ haqqında vəsiqənin surətindən görünür ki, 0.12,56 hektar torpaq sahəsi X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialın tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli, 231 nömrəli arxiv arayışının surətindən görünür ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1932-ci ilin “Doğulanların qeydiyyatı” kitabında Aqabəy zadə Fayiq Rəsulbəy oğlunun 24 iyun 1932-ci il tarixdə anadan olması, atasının Əbddyrrəhman z Rəsyl bəy Aqabəy oğlu, anasının Hənifə H.Mir həmzə qızı olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional "ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 03 noyabr 2022-ci il tarixli, 4272 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinə verilən sorğuda X12 doğum akt qeydində ata qrafasında ad, soyad və ata adı uyğunsuzluğu aşkar edilmiş, belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X24 24 iyun 1932-ci il tarixdə anadan olmuşdur. X27 isə ərizəçinin babasıdır. Ərizəçi, babasından qalmış miras əmlakdan atası X19 düşən hissədən özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəki regional "ASAN xidmət” Mərkəzində Notariat ofisinə müraciət etsə də, X12 doğum akt qeydində ata qrafasında ad, soyad və ata adında uyğunsuzlu olduğundan bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. İş materialları ilə müəyyən olunur ki, X9 adına qeydə alınmış hüquq müəyyənedici sənədlərin bəzilərində onun adı, soyadı və ata adı “X22”, bəzilərində “Rasulu Abdurahman oğlu”, bəzisində isə Əbddyrrəhman Rəsyl bəy Aqabəy oğlu kimi qeyd edilmişdi. Ev kitablarından da göründüyü kimi, ərizəçinin tək atasına münasibətdə deyil ümümiyətlə babasının digər övladlarına münasibətdə ata adı, soyadı fərqlənirlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, ad soyad və ata adı yuxarıdakı kimi qeyd edilən şəxs əslində X25 olmaqla hazırkı iş üzrə Ərizəçi babasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X10 Ərizəçi babası olması hüquqi faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X10 Ərizəçi babası olması hüquqi faktı müəyyən edilsin. Ödənilən dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar