Məhkəmə qərarları › İş №2(018)-1044/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1044/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1044/2023 26.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək28-oktyabr 2022-ci il tarixli, 000728 nömrəli müqavilə üzrə 2815 manat 85 qəpik pulun və 48,16 (qırx səkkiz manat 16 qəpik) dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC-yə (direktor Elvin Nəzərov ) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Sahibkarlıq fəaliyyəti göstərən "xxxx" MMC Cavabdeh1 ilə bağlanmış, 28-oktyabr 2022-ci il tarixli, 000728 nömrəli hissə-hissə ödəmə şərti ilə nisyə alqı - satqı müqaviləsinə əsasən müqavilənin predmeti Paltaryuyan MİDEA, X6 Şhivaki, TV Şhivaki LED-32 təşkil edir. Müqaviləyə əsasən alıcı 1743 manat məbləğində borcu hissə-hissə olaraq 12-ay müddətinə aylıq ödəniş 145 (Bir yüz qırx beş) manat olmaqla hər cari ayın 30 tarixədək "satıcının" hesabına nağd və ya nağdsız qaydada ödəniş edir. Həmçinin ödəniş vaxtı, məbləği və müddəti bu müqaviləyə edilmiş 1- saylı ödəniş cədvəlində əksini tapır. Ödəniş tərəflər arasında mal təhvil-təslim olunduqdan sonra aparılır. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün ümumi borcun 1 faizi həcmində "satıcının" xeyrinə cərimə ödəyir. Odur ki, 28-oktyabr 2022-ci il tarixli, 000728 nömrəli müqavilə üzrə 2815 manat 85 qəpik pulun və 48,16 (qırx səkkiz manat 16 qəpik) dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" MMC-yə (direktor Elvin Nəzərov ) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, iddianın cərimə hissəsindən azaldılmaqla iddianı qəbul edir. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 000728 saylı hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə, aylıq ödəniş 145 manat olmaqla, bir ədəd 1743 manat məbləğində Paltar yuyan MİDEA, X6 Şhivaki, TV Şhivaki LED-32 Cavabdeh1 verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 12 ay müddətinə, aylıq ödəniş 145 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 48 (qırx səkkiz) manat 16 qəpik dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1160 (min yüz altmış) manat əsas borc, 900 (doqquz yüz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 48 (qırx səkkiz) manat 16 qəpik məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1160 (min yüz altmış) manat əsas borc, 900 (doqquz yüz) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 48 (qırx səkkiz) manat 16 qəpik məbləğdə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar