Məhkəmə qərarları › İş №2(018)-1054/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1054/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1054/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Əhmədli oğluna qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri X1 iddia verərək:

1. 07 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********27201 İphone 11 markalı telefon üçün 1511 (bir min beş yüz on bir) manat, 82 (səksən iki) qəpik ödənilməmiş hissə, 151 (bir yüz əlli bir) manat, 18 (on səkkiz) qəpik cərimə;

2. 10 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann Led TV üçün 198 (bir yüz doxsan səkkiz) manat, 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat 24 (iyirmi dörd) qəpik cərimə olmaqla, ümumilikdə 1881 (bir min səkkiz yüz səksən bir) manat borc və 38 (otuz səkkiz) manat, 81 ( səksən bir) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh Əhmədli oğlundan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh Əhmədli oğlu iddiaçı "xxxx" MMC ilə 07 noyabr 2021-ci il tarixli və 10 dekabr 2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********27201 İphone 11 markalı telefon, İmei kodu **********16724 Hoffmann Led TV almış və nəticədə 1881 (bir min səkkiz yüz səksən bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 07 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2096 (iki min doxsan altı) manat, 82 (səksən iki) qəpik olan İmei kodu **********27201 İphone 11 markalı telefon üçün ümumilikdə 1663 (bir min altı yüz altmış üç) manat olmaqla, ondan 1511 (bir min beş yüz on bir) manat, 82 (səksən iki) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 151 (bir yüz əlli bir) manat, 18 (on səkkiz) qəpik cərimə; 10 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 849 (səkkiz yüz qırx doqquz) manat, 96 (doxsan altı) qəpik olan Hoffmann Led TV üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla, ondan 198 (bir yüz doxsan səkkiz) manat, 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 19 (on doqquz) manat 24 (iyirmi dörd) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1236 (bir min iki yüz otuz altı) manat, 20 (iyirmi) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38 (otuz səkkiz) manat, 81 ( səksən bir) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 07 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh Əhmədli oğlu "xxxx" MMC-ndən İmei kodu **********27201 İphone 11 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 10 dekabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh Əhmədli oğlu "xxxx" MMC-dən İmei kodu Hoffmann Led TV almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh Əhmədli oğlunın 07 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMCnə 1511 (bir min beş yüz on bir) manat, 82 (səksən iki) qəpik ödənilməmiş hissə, 151 (bir yüz əlli bir) manat, 18 (on səkkiz) qəpik cərimə, 10 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən 198 (bir yüz doxsan səkkiz) manat, 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat 24 (iyirmi dörd) qəpik cərimə olmaqla, ümumilikdə 1881 (bir min səkkiz yüz səksən bir) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Əhmədli oğluna 07 noyabr 2021-ci il tarixli, ******* nömrəli və 10 dekabr 2021-ci il tarixli, ******* nömrəli müqavilələri üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 07 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 151 (bir yüz əlli bir) manat, 18 (on səkkiz) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində və 10 dekabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 19 (on doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 ( sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat, 81 ( səksən bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Əhmədli oğlundan 07 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 1511 (bir min beş yüz on bir) manat, 82 (səksən iki) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 10 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 198 (bir yüz doxsan səkkiz) manat, 76 (yetmiş altı) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 1714 (bir min yeddi yüz on dörd) manat, 61 (altmış bir) qəpik borc, ödənilmiş 38 (otuz səkkiz) manat, 81 ( səksən bir) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 07 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 147 (bir yüz qırx yeddi) manat, 18 (on səkkiz) qəpik hissəsində və 10 dekabr 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 19 (on doqquz) manat, 24 (iyirmi dörd) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar