Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1057/2023 21.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən VELOSİPED VİSTA üçün 301 (üç yüz bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat 90 (doxsan) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********81248 XİAOMİ REDMİ 9 MARKALİ TELEFON, SAMSUNG MİCROSD YADDAŞ KARTİ üçün 31 (otuz bir) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 3 (üç) manat 3 (üç) qəpik cərimə; ümumilikdə 367 (üç yüz altmış yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 514 (beş yüz on dörd) manat 80 (səksən) qəpik (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş), İMEİ KODU **********81248 XİAOMİ REDMİ 9 MARKALİ TELEFON, SAMSUNG MİCROSD YADDAŞ KARTİ üçün ümumilikdə , 416 (dörd yüz on altı) manat olmaqla ondan, 301 (üç yüz bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat 90 (doxsan) qəpik cərimə; xx.xx.2021-ci il tarixli, müqaviləsinə əsasən, alqı-satqı qiyməti 827 (səkkiz yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik (12 ay x 58.4 manat +127 manat ilkin ödəniş) VELOSİPED VİSTA üçün ümumilikdə, 771 (yeddi yüz yetmiş bir) manat olmaqla ondan 31 (otuz bir) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 3 (üç) manat 3 (üç) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 262 (iki yüz altmış iki) manat 60 (altmış) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən VELOSİPED VİSTA almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********81248 XİAOMİ REDMİ 9 MARKALİ TELEFON, SAMSUNG MİCROSD YADDAŞ KARTİ almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 301 (üç yüz bir) manat 10 (on) qəpik əsas, cərimə 30 (otuz) manat 90 (doxsan) qəpik, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 31 (otuz bir) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 3 (üç) manat 3 (üç) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 301 (üç yüz bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, 05 (beş) manat 90 (doxsan) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 31 (otuz bir) manat 70 (yetmiş) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 30 (otuz) qəpik cərimə; ümumilikdə 340 (üç yüz qırx) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1057/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1057/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver