Məhkəmə qərarları › İş №2(018)-1084/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1084/2025

02.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1084/2025 02.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusuna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X7 və X3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Maşxan kəndində müstəqil tələb sürməyən 3-cü şəxslər X7 və X2 birgə mülkiyyətində olmuş 0.22 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87.5 kv.m olan 01 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin satılması ilə əlaqədar Cavabdeh2 ilə müstəqil tələb sürməyən 3-cü şəxslər X7 və X6 arasında bağlanmış və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ-1118629 saylı daşınmaz əmlakın alqı-satqı xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələblərini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Maşxan kənd sakini, X1 ilə 1988-ci ildə rəsmi nikaha girdikdən sonra həmin vaxt onların yaşadıqları evə köçmüş və indiyədək orada yaşamışdır. 35 il ərzində fərdi yaşayış evi qəza vəziyyətində olduğundan şəxsi vəsaiti hesabına evin dam örtüyünü dəyişmiş, otaqların döşəməsini və tavanını təmir etmiş, pəncərə və qapılarını yeniləmiş, əlavə tikinti işləri aparmış, hamam, pilləkan, su çəni, saray, tövlə və digər tikililər inşa etmişdir. Bundan əlavə həyətdə 450-dən çox müxtəlif meyvə və sitrus ağacları əkmiş və onları bar verən vəziyyətə gətirmişdir. Həmin illərdə avtobus sürücüsü işləyərək qazancı hesabına ailəsini dolandırmış, övladları Fəridə və Pərvanəni böyüdüb təhsil vermişdir. Mübahisəli ev və torpaq sahəsi hal-hazırda həmin qızlarının adına keçirilmişdir. Onlar 3-cü şəxsin qocalığından istifadə edərək, onun razılığı olmadan, aldadıcı yollarla və “makler” Kamranın iştirakı ilə evi Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsi bağlanarkən 3-cü şəxs xəstə olmuş, gözlərinin zəif görməsi və savadsızlığı səbəbindən sənədlərin məzmununu oxuyub dərk edə bilməmişdir. İcra nümayəndəliyinə aparılaraq sənədlərə imza etdirilmiş, lakin həmin sənəddə yazılar qızları tərəfindən yazılmışdır. O, sənədlərin mahiyyətini anlamadığı üçün aldatma faktı baş vermişdir. Bu barədə 3-cü şəxs dərhal polisə və məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsi isə bu halları araşdırmamış, “makler” Kamranın və icra nümayəndəsi Süleymanın izahatlarını almamış, onların səlahiyyətlərini yoxlamamışdır. Apellyasiya Məhkəməsi də əsassız olaraq onun tərəf ola bilməyəcəyini bildirmişdir. Halbuki, alqı-satqı zamanı ondan razılıq imzası alınmışdır. O, 35 illik nikah dövründə bütün zəhməti və gəliri ilə evin bərpasını, tikintisini həyata keçirmiş, ailənin dolanışığını təmin etmiş, uşaqlarının təhsil və toy xərclərini ödəyərək ailənin inkişafına töhfə vermişdir. Buna görə də ev və torpaq üzərində onun pay və yaşamaq hüququ vardır. Lakin bu hüquq dələduzluqla əlindən alınmışdır. Hətta cavabdeh qızları da məhkəmədə izahat verərək alqısatqının ləğv olunmasını istəmişlər, çünki onlar da “makler” tərəfindən aldadılmışlar. Lakin məhkəmə onların izahatına da hüquqi qiymət verməmişdir. Qətnamədə guya həyat yoldaşı Zenfira Əbdülhüseyn qızının notarial qaydada razılıq verdiyi göstərilmişdir. Əgər belədirsə, onda evin birgə sahibi kimi o, da notariusa aparılmamışdır? Onun çəkdiyi zəhmət, evin təmirinə, tikintisinə və torpağın abadlaşdırılmasına sərf etdiyi vəsait nəzərə alınmamışdır. Odur ki, Astara rayonu, Maşxan kəndində müstəqil tələb sürməyən 3-cü şəxslər X7 və X2 birgə mülkiyyətində olmuş 0.22 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 87.5 kv.m olan 01 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin satılması ilə əlaqədar Cavabdeh2 ilə müstəqil tələb sürməyən 3-cü şəxslər X7 və X6 arasında bağlanmış və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ-1118629 saylı daşınmaz əmlakın alqı-satqı xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 bildirdi ki, o, notariusda qanuni olaraq pul ödəyərək evi almışdır. İddiaçı əsassız olaraq onu məhkəməyə verir, lakin iddiası təmin edilmir. O, hər dəfə başqa ad ilə iddialar verir və bildirir ki, ona pul ödəməliyəm, yoxsa əl çəkməyəcəyəcək. İddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh2 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-637/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X6 və Cavabdeh2 Xoşəmir oğlua qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 276/2024 saylı qətnaməsindən görünür ki, Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(018)-637/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran rayonu 1 saylı Notariat kontorunda rəsmiləşdirilmiş, AN-İ N ******* nömrəli, 25 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 və X6 onlara mülkiyyət hüququ ilə məxsus paylı mülkiyyət olan Astara rayonu Maşxan kəndində yerləşən ümumi sahəsi 0.44 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 87,5 kv. metr olan fərdi yaşayış evini və X7 ona mülkiyyət hüququ ilə məxsus olan 0.22 ha sahəsini alıcı Cavabdeh2 Xoşəmir oğluna satmışlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********97-10301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Astara rayonu, Maşxan kəndində ümumi sahəsi 87,5 kv. metr olan ev, yaşayış məhtəqələrinin torpaqları 0.44 ha torpaq sahəsi ½ hissə ilə X5 və ½ hissə ilə X3 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********97-10301 reyestr nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Astara rayonu, Maşxan kəndində yerləşən ümumi sahəsi 0.22 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 Xoşəmir oğluna məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı istinad etdiyləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusuna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X7 və X3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusuna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X7 və X3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar