Məhkəmə qərarları › İş №2(018)-1106/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1106/2024

28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1106/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nin Lənkəran rayon Regional şöbəsinə qarşı «müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi» barədə iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nin Lənkəran rayon Regional şöbəsinə qarşı «müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı ərizə ilə müraciət edərək zərurət yarandığı üçün, iddia ərizəsini baxılmamış saxlanması və sənədlərinin ona qaytarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh İB-nin Lənkəran rayon Regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(018)-1106/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.11-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh İB-nin Lənkəran rayon Regional şöbəsinə qarşı «müəyyən olunmuş cərimə borcunun qanunsuz hesab edilməsi və silinməsi» barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar